Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “1918-ci ildə Lənkəran, Cavad və Çöyçay qəzalarında azərbaycanlıların soyqırımı” adlı məqaləsi Tehranda “Xudafərin” jurnalında dərc olunub.
Dosent S.Talıblı məqalədə qeyd edir ki,çar Rusiyası və bir sıra dövlətlərin hərtərəfli dəstəyilə tarixi Azərbaycan torpaqlarında xristianlaşma siyasətinə uyğun olaraq məskunlaşdırılan ermənilər ərazilərimizdə zaman-zaman təcavüz, soyğunçuluq, qarət, etnik təmizləmə, kütləvi qırğınlar, soyqırımı həyata keçirib, xarici ölkələrin siyasətinə uyğun fəaliyyət göstəriblər.
Martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında Elm Günü münasibətilə keçirilmiş “Elm Günü və günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda tədbirdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüş şəxslərə mükafatları təqdim olunub.
Təltif olunanlar sırasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva da var. Yubiley medalının akademik Gövhər Baxşəliyevaya AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadənin “Milli ideologiya banisi Məhəmməd Əmin Rəsulzadə” adlı məqaləsi Türkiyənin Qars şəhərində nəşr olunan “Buta” beynəlxalq elmi araşdırmalar jurnalında dərc olunub.
Martın 27-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 mart – “Elm günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, ölkəmizdə elmə böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən təsis edilən “Elm günü”nün tarixi 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yarandığı günə təsadüf edir. Akademik G.Baxşəliyeva qeyd edib ki, ölkəmizdə elmin sürətli inkişafı Azərbaycan Respublikasına rəhbərlik etdiyi həm sovet dövründə, həm də müstəqillik illərində elmə böyük qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Gövhər xanım Ulu Öndərin elmə verdiyi yüksək dəyərin göstəricisi olan sözlərini xatırladıb: “Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın milli sərvətidir. Bu sərvəti qoruyub saxlamalıyıq”.