Tədbiri AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva giriş sözü ilə açaraq 34 il öncə xalqımız üçün çox ağrılı olan 26 fevral günündə Xocalıda erməni hərbi birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə azərbaycanlılara qarşı kütləvi qətliam və insanlığa qarşı zəmanəmizin ən dəhşətli cinayətlərindən birini həyata keçirdiyini deyib. Xocalı soyqırımının ağır nəticələri barədə danışan akademik G.Baxşəliyeva xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib. O, uzun illər işğal altında qalmış Xocalının bu gün artıq azad olduğunu və 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağının ucaldıldığını deyib.
Tədbirdə çıxış edən institutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü, institutun direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev, elmi işçi Orxan Nəcəfov və başqaları tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqına qarşı 1992-ci ilin 26 fevralında Xocalıda həyata keçirilən soyqırımının bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi olduğunu deyiblər. Çıxışlarda Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Şərqşünaslıq İnstitutunun əməkdaşlarının gördüyü işlər - ərəb, fars, ingilis dillərində bukletlərin çap olunması, xarici ölkələrdə müxtəlif elmi jurnallarda, həmçinin qəzetlərdə, saytlarda məqalələrin dərc olunması, beynəlxalq elmi tədbirldə məruzələrin səsləndirilməsi qeyd edilib.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunda “Qan yaddaşımız - Xocalı” adlı tədbir keçirilib
Fevralın 24-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Qan yaddaşımız - Xocalı” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
