Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

NƏŞRİYYAT VƏ ELMİ İNFORMASİYA TƏMİNATI ŞÖBƏSİ

 

Müasir dövrdə ölkədə minilliyin ideologiyası olan informasiya cəmiyyəti quruculuğu prosesi uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”  və “Azərbaycan  Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”, həmçinin “Azərbaycan  Respublikası informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və “Milli Strategiyanın icrası üzrə Dövlət Proqramı” elmi fəaliyyətin müasir İKT əsasında yenidən qurulması və davamlı inkişafını mühüm vəzifə kimi qarşıya qoymuşdur.

Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafını və elmin inkişafında informasiya texnologiyalarının geniş tətbiq olunmasını nəzərə alsaq, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda bir sıra elmi istiqamətlər çərçivəsində aparılan işlərin təbliği müstəsna əhəmiyyət kəsb edir. Bu sahədə texniki bazanı mütəmadi olaraq təkmilləşdirmək məqsədi ilə institutun nəzdində  Nəşriyyat və elmi informasiya təminatı şöbəsinin yaradılması zərurəti yaranmışdır. Bununla bağlı AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin vəsatəti əsasında Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 15 aprel 2015-ci il tarixli qərarı ilə AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun strukturunda  Nəşriyyat və elmi informasiya təminatı şöbəsi yaradılmışdır.

Şərqşünaslıq  İnstitutunda  şərqşünaslıq elminin əsasını təşkil edən  Şərq tarixinin, mədəniyyətinin, bədii təfəkkür tərzinin, ictimai və fəlsəfi fikirlərinin ən vacib və aktual aspektlərini öyrənən fundamental tədqiqatlar aparılır və nəşr olunur. Eyni zamanda cari dövr üçün siyasi və ictimai əhəmiyyəti olan və elmi proqnozlar  verən təhlili-informatik məlumatlar hazırlanır. Bu tədqiqatların elmi redaktə və nəşri məsələləri Nəşriyyat və elmi informasiya təminatı şöbəsi tərəfindən təmin olunur.

Şərqşünaslıq İnstitutu KİV-lərlə sıx əməkdaşlıq edir. İnstitutun fəaliyyəti, burada təşkil edilən tədbirlər, əməkdaşların elmi yaradıcılığı ilə bağlı materiallar mütəmadi olaraq telekanallara, mətbu  orqanlara, elektron  KİV-lərə çatdırılır. Bu baxımdan şöbənin fəaliyyət istiqamətlərindən biri də Şərqşünaslıq İnstitutunun elmi fəaliyyəti haqqında zəruri məlumatların təbliğində və ictimaiyyətə çatdırılmasında  mühüm rol oynayan  www.orientalstudies.az  adlı veb-saytın təminatıdır. Bu veb-saytda İnstitutun emi fəaliyyəti ilə bağlı bütün məlumatlar Azərbaycan, rus və ingilis dillərində öz əksini tapır.

Nəşriyyat və elmi informasiya təminatı şöbəsi yeni yaradılmasına və az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq,  AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda elmi istiqamətlər çərçivəsində aparılan işlərin təbliğində məhsuldar fəaliyyət göstərir.

Şöbənin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlüdür. Şöbənin əməkdaşlarından beş nəfər (Aygül Mirzəyeva, Ülviyyə Səmədova, Fidan Vəliyeva, Faidə Omarova, Aynurə Məmmədova) kiçik elmi işçi, Arzu Məmmədzadə isə böyük laborant kimi fəaliyyət göstərir.

Download Template Joomla 3.0 free theme.