Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

İRAN TARİXİ VƏ İQTİSADİYYATI ŞÖBƏSİ

 

Şöbə yaradılarkən onun qarşısında İranın yeni dövr tarixi inkişafını, sosial, siyasi, iqtisadi, mədəni problemlərini araşdırmaq vəzifəsi qoyulmuşdu. Qeyd etmək lazımdır ki, şöbə İran tarixinin bir sıra problemlərinin öyrənilməsində keçmiş SSRİ elmiməkanındaprioritetmövqeyə malikidi. Buproblemlərə, ilknövbədə, İrandaaqrarmünasibətlər, İrancəmiyyətininyenistrukturkomponentlərivə İranınxaricimünasibətləriaidedilə bilər.

İrandaXIX əsrinsonu-XX əsrin əvvəllərində aqrarmünasibətlərkompleksidünyairanşünaslığındailkdəfə t.ü.e.d., prof. Ş.Ə.Tağıyevatərəfindənaraşdırılmış və tədqiqatınnəticəsiikikitabda öz əksinitapmışdır. Müəllifgeniş faktikimaterial əsasında İranınkəndtəsərrüfatınınkompleksxarakteristikasını vermiş, torpaqsahibliyi, torpaqdanistifadə formalarını, torpaqmünasibətlərininxüsusiyyətləri, torpaqrentasınınnövlərinimüəyyənetmiş, kəndliləriniqtisadivə siyasivəziyyətinigöstərmiş, sosialvə əmlakgöstəriciləri əsasındakəndlilərinmüxtəlifkateqoriyalarını müəyyənetmişdir.

T.ü.e.d., prof. Z.Y.Abdullayevfəhlə sosialqrupununmeydanagəlibformalaşmaprosesini, buprosesinbaşa çatmamərhələsinihərtərəfliaraşdırmışdır. Tədqiqatınnəticəsiikikitabda əksolunmuşdur.

T.ü.e.d., prof. R.A.Seyidov İrandasahibkartəbəqəsininformalaşmaprosesini, həmintəbəqəninsosial, peşə və etnikstrukturunu, siyasifəaliyyətinihərtərəfli şəkildə araşdırmışdır. Tədqiqatınnəticəsimonoqrafiyada əksolumuşdur. İrandaziyalı təbəqəsininformalaşması probleminiilkdəfə t.ü.f.d. M.Mliyevhərtərəflinəzərdənkeçirmişdir. Müəllifhəmintəbəqəninstrukturu, ziyalılarınyaratdıqları siyasi-ictimaitəşkilatları və onlarınfəaliyyətinitədqiqetmişdir.

Şöbəninproblematikasında İrandasiyasi-ictimaitəşkilatlarınmeydanagəlməsi, formalaşması və fəaliyyətigeniş yertuturdu. Buməsələnin öyrənilməsiilə əsasənt.ü.e.d. T.Abrahimovahin) məşğulolmuşdur. Onun İrandasiyasicəmiyyətlərvə ictimaitəşkilatlarhaqqında əsərielmdə tamamilə yenihadisə idi. Tədqiqatlarınnəticələrimüvafiqkitablarda əksolunmuşdur.

Şöbəninmühümnailiyyətlərisırasında İranınxaricimünasibətlərininaraşdırılmasını qeydetməkolar. Bu sahədə t.ü.e.d. S.F.Ağayevin xidmətini qeyd etmək lazımdır. O, 1920-1941-ci illəri əhatə edən dövrdə İranın xarici münasibətlər problemini hərtərəfli öyrənmişdir. S.F.Ağayev ilk dəfə olaraq İran diplomatiyasının Millətlər liqasında və İranın Səədabad paktında fəaliyyətini, İranın qonşu Şərq ölkələri ilə münasibətlərini və s. tədqiq etmişdir. İranın

xarici münasibətlərinin sonrakı vəziyyətini t.ü.e.d. H.C.Əlibəyli ardıcıl və kompleks şəkildə araşdırmışdır.

İranda yeni maarifin formalaşma prosesini ilk dəfə şöbənin əməkdaşı t.ü.e.d. M.İ.Şəms geniş şəkildə tədqiq etmişdir. O, İranda yeni tipli məktəblərin yaradılmasında cənubi azərbaycanlıların rolunu ayrıca nəzərdən keçirmişdir.

Şöbədə İranın iqtisadi inkişaf problemlərinin öyrənilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Bu sahədə, əsasən, sənayedə sahibkarlığın formalaşması, bu prosesdə dövlətin rolu, dövlət sektorunun yaranması, həmçinin İran iqtisadiyyatının bəzi konkret sahələrinə - xalçaçılıq, balıq sənayesi, iqtisadi infrastruktur və xarici ticarət əlaqələrinə həsr olunmuş tədqiqatları qeyd etmək olar.

Şöbədə həmçinin Əfqanıstan tarixi ilə bağlı bəzi məsələlər tədqiqat obyekti olmuşdur. Müstəqilliyin ilk illərində əsas diqqət şöbənin elmi istiqamətlərinə yenidən baxılmasına və mövcud elmi qüvvə ilə tədqiqat işlərinin davam etdirilməsinə yönəldilmişdir. Şöbənin elmi fəaliyyəti, əsasən, ən yeni dövr İran tarixinin, xüsusən İslam Respublikası dövrünün siyasi, hüquqi, iqtisadi problemlərinin, Azərbaycan Respublikası ilə qonşu dövlət arasında genişlənməkdə olan əlaqələrin tədqiqinə yönəlmişdir. İnstitutun iranşünas alimlərinin qeyd edilən sahələrdə bir sıra maraqlı və mühüm kitabları işıq üzü görmüşdür.

Hazırda İran tarixi və iqtisadiyyatı şöbəsinə t.ü.f.d. V.Mustafayev başçılıq edir. O, müasir İranda müxtəlif siyasi cərəyanların meydana gəlməsi və ölkənin ictimai-siyasi həyatına təsiri problemini araşdırır. Bu sahədə tədqiqatların nəticəsi V.Mustafayevin 2010-cu ildə işıq üzü görmüş “İran İslam Respublikasında hakimiyyət daxili münasibətlər (islahatçı-mühafizəkar qarşıdurması)” adlı kitabda öz əksini tapmışdır. Son illərdə V.Mustafayev Cənubi Azərbaycan problematikası ilə bağlı da iki kitab çap etdirmişdir. “Cənubi Azərbaycan: Milli şüur (XX əsrin I yarısı)” (Bakı, 1998) adlı əsərdə ilk dəfə olaraq cənubi azərbaycanlıların milli şüurunun formalaşması problemi hərtərəfli və dərindən araşdırılmışdır. Həmin əsər 2000-ci ildə Almaniya Federativ Respublikasında yenidən çap olunmuşdur. İkinci kitab Cənubi Azərbaycan məsələsinin öyrənilməsinin tarixşünaslığına həsr olunmuşdur.

Şöbənin baş elmi işçisi, t.ü.e.d., prof. S.Rüstəmova-Tohidinin “Kominternin Şərq siyasəti və İran” (Bakı, 2001) mövzusunda monoqrafiyası həm ölkəmizdə, həm də xarici ölkələrdə mütəxəssislərin xüsusi diqqətini cəlb etmişdir. Prof. S.Rüstəmova-Tohidi eyni zamanda 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım və terror hadisələrini orijinal arxiv materialları əsasında işıqlandıran bir neçə sanballı kitab hazırlayıb müxtəlif dillərdə çap etdirmişdir. Onların arasında “Маrt 1918. Bakı. Azərbaycanlıların soyqrımı sənədlərdə” (Bakı, 2009), “1918-ci il Quba hadisələri - Azərbaycanın müsəlman əhalisinin kütləvi məhv edilməsi planlarının tərkib hissəsi kimi. Müsəlmanların soyqırımı sənədlərdə. Sənədlər toplusu” (Bakı, 2010), “1918-ci il Azərbaycanlıların soyqırımı foto və sənədlərdə” (rus, ingilis və türk dillərində) (Bakı, 2012), «Şamaxı. 1918-ci il mart-iyul. Azərbaycanlıların soyqrımı sənədlərdə (2 cilddə)» (Bakı, 2013) və digərlərin adını çəkmək olar. S. Rüstəmova-Tohidi İngiltərə, Rusiya, İran, Makedoniya, Özbəkistanda Şərq ölkələrinin tarixi, mədəniyyəti, sosial tarix, azərbaycanlıların soyqırımı və s. məsələlərə aid keçirilmiş beynəlxalq elmi konfranslarda məruzə və məqalələrlə çıxış etmişdir.

Şöbənin əməkdaşı h.ü.f.d. S.Q.Mirzəzadə İran İslam Respublikasının hüquq sistemini araşdırmışdır. Mövzu ilə əlaqədar elmi məqalələri çap olunmuşdur. S.Mirzəzadə İnstitutun elmi-ictimai həyatında fəal iştirak edir. 1993-cü ildən AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Həmkarlar Komitəsinin sədri vəzifəsində çalışır.

Son illərdə şöbə əməkdaşlarından S.T.Dostəliyevin “İran İslam respublikası” (Bakı, 2012) məlumat kitabı da işıq üzü görmüşdür.

Şöbənin böyük elmi işçisi Ə.H. Şəfiyeva “Seyid Həsən Tağızadənin İranın modernləşməsində rolu” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. Ə.Şəfiyeva mövzu ilə bağlı elmi jurnallarda, beynəlxalq elmi konfranslarda məruzə və məqalələrlə çıxış etmişdir. Müəllifin tədqiq etdiyi mövzu XIX əsrin II yarısı, XX əsrin son rübünə qədər İranda modernləşdirmə uğrunda hərəkat, modernləşdirmə cərəyanları, ölkənin modernləşdirilməsində Azərbaycan ziyalısı Seyid Həsən Tağızadənin roluna həsr olunmuşdur. Bu məqsədlə ilk dəfə olaraq, İranda son zamanlar çapdan çıxmış sənədli materiallar və monoqrafiyaların Azərbaycan şərqşünaslıq və tarix elmində elmi dövriyyəyə gətirildiyini nəzərə alaraq, institutun elmi şurası müəllifin “Seyid Həsən Tağızadə və İranın modernləşməsi” adlı monoqrafiyasını çapa təqdim etmişdir.

2014-cü ildən şöbədə fəaliyyətə başlamış f.ü.f.d. Ə. Məlikov İranda 1978-1979-cu illər İran inqilabından sonra elm və təhsil sistemində baş verən əsas dəyişiklikləri araşdırmaqla məşğuldur. O, AMEA Rəyasət Heyətinin 2014-cü ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü münasibətilə akademiyanın gənc alimləri üçün elan etdiyi qrant müsaqibəsində “Azərbaycanda fəlsəfə epistomologiyası (ən son nəzəriyyələr əsasında)” mövzusu ilə çıxış edərək müsabiqənin qaliblərindən biri olmuşdur.

Şöbənin dissertantı F.Hüseynov “İran İslam Respublikası və Azərbaycan Respublikasının siyasi münasibətləri (1991-1997)” və həmçinin İran İslam Respublikasının bir neçə vətəndaşı beynəlxalq münasibətlər və iqtisadiyyat mövzularında fəlsəfə doktorluğu dissertasiyaları müdafiə etmişlər.

Şöbənin baş laborantı F.Məhərrəmova yeni və müasir dövr İran tarixinin müxtəlif mövzularının öyrənilməsi və araşdırılması ilə məşğuldur və həmin mövzulara aid iki elmi məqaləsi çap olunmuşdur.

Hal-hazırda bir neçə yerli və əcnəbi dissertant İran tarixi və iqtisadiyyatının müxtəlif problemləri üzərində tədqiqat işlərini davam etdirirlər.

Şöbənin əməkdaşları Beynəlxalq və Respublika elmi konfranslarında fəal iştirak edirlər. Hal-hazırda şöbənin qarşısında öz kadr potensialını tezliklə bərpa etmək, zəngin iranşünaslıq irsini nəşr etmək, bu irsə yenidən baxmaq, iranşünaslığın informasiya təminatı məsələsini həll etmək, xarici iranşünaslıq mərkəzləri ilə elmi əlaqələri genişləndirmək, öz elmi fəaliyyətini dövrün tələbləri səviyyəsində qurmaq kimi mühüm vəzifələr durur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Download Template Joomla 3.0 free theme.