Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

9

DİN VƏ İCTİMAİ FİKİR TARİXİ ŞÖBƏSİ

 

Şərq xalqlarının dini və mənəvi həyatı, Şərqdə müxtəlif ideoloji cərəyanlar, milli azadlıq hərəkatı şöbə əməkdaşlarının sistematik elmi araşdırmalarının predmeti olmuşdur. Bu sahədə aparılan tədqiqatları düzgün qiymətləndirmək üçün onları üç əsas mərhələdə və mövzular üzrə nəzərdən keçirmək daha münasib olardı. Birinci mərhələ İnstitutun yaradılmasından 1986-cı ilin fevralına qədər olan dövrü əhatə edir. 19 fevral 1986-cı ildə Akademiyanın Rəyasət Heyəti “Xarici Şərq ölkələrinin siyasət və ideologiyasında islamın fəallaşması ilə əlaqədar elmi-tədqiqat və təbliğat işinin təsirliyinin yüksəldilməsi sahəsində əlavə tədbirlər haqqında” qərar qəbul etmişdi. Bu qərarda islamşünaslıq şərqşünaslıq elminin prioritet sahəsi kimi müəyyən edilirdi: islamda baş verən proseslərin, xüsusilə bu dindəki dirçəlişin səbəblərini öyrənmək zərurəti meydana çıxmışdı. 1986-cı ilin əvvəllərindən başlanan ikinci mərhələ 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi ilə başa çatır. Bu vaxtdan etibarən institutun dini-fəlsəfi araşdırmalarla bağlı fəaliyyətində metodoloji baxımdan tamamilə fərqli yeni, üçüncü mərhələ başlanır.

Birinci mərhələdə tədqiqatlar əsasən Yaxın və Orta Şərq xalqlarının ictimai fikri və bölgədə marksizm-leninizm ideyalarının yayılması mövzusu ətrafında cəmlənmişdir. Bu illərdə şöbə ideoloji tədqiqatlar şöbəsi kimi fəaliyyət göstərirdi və ona prof. Ə.Agahi, bir müddət də prof. C.Mustafayev rəhbərlik etmişdir. Ə.Agahinin “İranda marksizm-leninizm ideyalarının yayılması” (Bakı, 1961, rus dilində) və “İranda ictimai və fəlsəfi fikir tarixindən” (Bakı, 1971, rus dilində) kitabları, E.Həsənovanın “Türkiyədə burjua millətçiliyi ideologiyası” (Bakı, 1966, rus dilində), M.Əliyevin “Müasir İran ziyalıları” (Bakı, 1970), B.Bağırovun “İranda marksist-leninçi fəlsəfəsinin saxtalaşdırılmasına qarşı” (Bakı, 1978, rus dilində), E.Zamanovanın “Marksist-leninçi estetikanın Türkiyədə mütərəqqi estetik fikrin inkişafına təsiri” (Bakı, 1987, rus dilində) kitabları, habelə Ə.Şəmidənin İranda fəhlə hərəkatının tarixinə həsr edilmiş yazıları işıq üzü görür. Q.Kərimovun “Əl-Qəzali və sufizm” (Bakı, 1969, rus dilində) kitabı elmi araşdırmaların ümumi istiqamətindən bir qədər kənara çıxsa da, elmiliyi, çılpaq partiyalılıq prinsipindən uzaqlığı ilə seçilirdi.

Bu illərdə şöbənin əməkdaşlarını daha çox İran və Türkiyə maraqlandırır, ərəbşünaslar ictimai fikrin öyrənilməsinə hələ kifayət qədər hazır deyildilər. 1970-ci illərdə şöbəyə ərəbşünaslar qəbul edilir. Ərəb ölkələrinin ictimai-dini fikri öyrənilməyə başlayır.

1-3 oktyabr 1986-cı ildə keçmiş “Sovet məkanında ilk dəfə olaraq Bakıda, Azərbaycan Elmlər Akademiyasının binasında “Müsəlmanlar sülh uğrunda mübarizədə” beynəlxalq konfransın keçirilməsi islamşünaslıq sahəsində tədqiqatlara yeni təkan verdi. Bu vaxt istər ideoloji problemlər və xarici islamşünaslıq məsələsi şöbəsinin əməkdaşları, istərsə də institutun tarixçi və filoloqları bir sıra maraqlı əsərlər hazırlayırlar. R.Əliyev və A.Məmmədovun “İslam və ərəb ölkələrində milli-azadlıq hərəkatı” (Bakı, 1986) kitabı çapdan çıxır. 1960-1970-ci illərdə Misir, Əlcəzair, Liviya və Yəməndə gedən siyasi proseslərdə islamın bir ideya sistemi, həyat tərzi kimi roluna həsr edilmiş bu kitabda müəlliflər islamın yalnız müasir dövrdə deyil, yarandığı ilk vaxtlarda siyasətlə bağlı olduğunu sübuta yetirməyə, bu dinin ərəb cəmiyyətlərinin siyasi həyatında vəznini müəyyən etməyə çalışırlar. A.Məmmədovun “İslam və Qərb ölkələrinin sosial-mədəni inkişafı problemləri” (Bakı, 1986 rus dilində) kitabı da mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

Bu illərdə Müsəlman Şərqində gedən ideoloji proseslər diqqətlə öyrənilir, bu proseslərdə islamın roluna xüsusi maraq göstərilir. E.Həsənovanın, T.Həsənovun, E.Zamanovanın, A.Məmmədovun, R.Əliyevin Moskva və Daşkənd şəhərlərində keçirilən konfranslara təqdim etdikləri məruzələrdə islamın Türkiyə və digər Şərq ölkələrinin ictimai fikrində oynadığı rol geniş təhlil edilir. R.Mürsəlovun “Bloklara qoşulmamaq siyasətinin ideoloji aspektləri” (Bakı, 1986, rus dilində) kitabında Misir, Əlcəzair, İraq, Liviya, Cənubi Yəmən materialı əsasında bitərəflik hərəkatının təşəkkülü, təkamülü və müasir durumu tədqiq edilir. Şöbənin Yaxın Şərq xalqlarının ictimai fikrinin öyrənilməsi sahəsində beynəlxalq elmi əlaqələri genişlənir.

Gülbəniz Əhmədova Özbəkistan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda “Səlamə Musanın ictimai-siyasi baxışları və onun ərəb maarifçiliyi ideologiyasının inkişafında rolu” adlı namizədlikdissertasiyasını müdafiə edir. 1991-ci ildə onun “Səlamə Musa Misir dirçəliş hərəkatının ideoloqudur” adlı monoqrafiyası nəşr edilir.

Şöbənin fəaliyyətində islamla bağlı problemlərə həsr edilmiş konfransların keçirilməsinə xüsusi diqqət yetirilir. 20-21 may 1987-ci ildə “Yaxın və Orta Şərq və Şimali Afrika ölkələrinin ideologiya və siyasətində islam” mövzusunda respublika konfransı keçirilir.

11-13 may 1988-ci ildə “Müasir Afrikada və Yaxın Şərqdə etnokonfessional proseslər” mövzusunda keçirilən ümumittifaq elmi konfransında institutun islamşünasları din və millətçilik problemləri sahəsində səriştəli mütəxəssislər kimi çıxış edirlər.

Qeyd edilməlidir ki, ikinci mərhələdə aparılan tədqiqatlarda “milli sosializm” konsepsiyalarında islam mövzusu xüsusi yer tutur. R.Əliyev 1989-cu ildə həmin mövzuda doktorluq dissertasiyası müdafiə edir. Onun 1993-cü ildə rus dilində nəşr edilmiş “İslam, ərəbizm, sosializm” monoqrafiyası da bu mövzuya həsr olunmuşdur. Əsərdə müəllif Misir, Əlcəzair, Suriya, İraq və Cənubi Yəmən kimi ərəb ölkələrində geniş yayılmış və dövlət tərəfindən dəstəklənən ictimai inkişaf konsepsiyalarında islamın yeri məsələsini hərtərəfli təhlil edir. Əsərin 1993-cü ildə çap olunduğuna baxmayaraq R.Əliyev əvvəllər irəli sürdüyü müddəalarında heç bir dəyişiklik etmir, fikirlərini müxtəlif marksist-leninçi nəzəriyyəçilərə istinadən müdafiə edir.

Bu vaxt E.Həsənovanın da “Türkiyənin ictimai-siyasi fikrində “islam sosializmi” ideyaları (1960-cı illər)” kitabı nəşr edilir. Sosializmin bir sistem kimi dağıldığı bir zamanda Türkiyədə “islam sosializmi” ideyalarının öyrənilməsi keçilən yola tənqidi yanaşmaq üçün zəngin material verir.

1986-1990-cı illərdə şöbədə “Müasir islamın aktual problemləri” məcmuəsinin buraxılması islama dair tədqiqatların yeni, daha yüksək səviyyəyə qaldırılmasına şərait yaratdı.

Məcmuənin birinci buraxılışında (1986) T.Həsə novun “Qadın haqqında bəzi Quran ayələrinin şərhi”, A.Məmmədovun “İslamın dirçəlişi məsələsinə dair”, İ.Avdiyevin “XIX əsr Azərbaycan cəmiyyətinin sosial-siyasi strukturunda müsəlman ruhaniləri”, R.Paşayevanın “Səudiyyə Ərəbistanının ictimai-siyasi həyatında üləmaların rolu” və digər mütəxəssislərin məqalələri islam tədqiqatlarının əhatə dairəsi haqqında dolğun təsəvvür yaradır. Müəlliflərin istər Qərb şərqşünasları, istərsə də bəzi sovet islamşünasları ilə bu və ya digər məsələlərdə qənaətbəxş və tutarlı dəlillərə istinadən polemikaya girmələri onların şəksiz xidməti kimi qiymətləndirilməlidir.

“Müsir islamı aktual problemləi” məmuəinin ikinci buraxıı .ı(1988) daha sanballı alıdı Birinci buraxıı .da qazanımı . tərüəfaydalıoldu. A.Məməovun “Müsir islam: islamda azadlığa dair konsepsiyaların tənqidi”, E.Həsənovanın “Müasir Türkiyədə “islam-türk sintezi” konsepsiyasının bəzi aspektləri”, İ.Avdiyevin A.Məmmədovla birlikdə yazdığı “İslamda tərəqqi konsepsiyası” məqalələri mütəxəssislərin diqqətini cəlb etdi. Bu yazılarda bir sıra mühüm metodoloji məsələlər qoyulur, islam fikrinin təkamül mərhələləri izlənir.

Məcmuənin üçüncü buraxılışı (1990) da uğurlu alındı. Məqalələrdə ərəb müəlliflərinin islam-sosializm sintezi konsepsiyaları nəzərdən keçirilir, sosializm ideyaları ilə səsləşən Quran ayələrinin və hədislərin geniş təhlili verilir. E.Həsənovanın məqaləsində müasir Türkiyənin ictimai-siyasi fikrində islamda hakimiyyət məsələsinin yozumu araşdırılır. A.Məmmədovun “İslamın əməyə münasibəti haqqında” məqaləsində islamda əmək anlayışının təkamülü izlənir, müsəlmanların müxtəlif əmək növlərinə münasibətini müəyyən etməyə cəhd göstərilir.

Bu illər aparılan tədqiqatlarda “islam və milli sosializm” problematikası üstünlük təşkil edir, islama tənqidi münasibətlə yanaşı, islam əsasında sosializm qurmaq, imperializmə qarşı mübarizə aparmaq, inkişaf etməkdə olan ölkələri tərəqqiyə qovuşdurmaq barədə stereotip təsəvvürlər müdafiə edilir. Bu xüsusiyyət özünü R.Əliyevin 1989-cu ildə müdafiə etdiyi “İslam milli sosializm konsepsiyalarında (ərəb ölkələri)” adlı doktorluq dissertasiyasında, N.B.Babayevanın 1991-ci ildə müdafiə etdiyi “Cənubi Azərbaycanın ictimai fikrində liberaldemokratik istiqamətin yaranması (XIX əsrin sonu – XX əsrin əvvəli)”, M.Ş.Ərəbzadənin 1992-ci ildə müdafiə etdiyi “Sudanda ideya-siyasi mübarizə və “islam faktoru” (70-80-ci illər)”, R.S.Mustafayevin 1994-cü ildə müdafiə etdiyi “Dövlət quruculuğunun nəzəriyyə və praktikasında islam və millətçilik (Sudan nümunəsi əsasında)” adlı namizədlik dissertasiyalarında əyani şəkildə göstərir.

Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra ölkədə milli-mənəvi dəyərlərin mühüm tərkib hissəsi kimi islama maraq artdı. Bu maraq islam tədqiqatlarının güclənməsinə səbəb oldu. İdeoloji problemlər şöbəsi Din və ictimai fikir tarixi şöbəsi kimi yenidən quruldu, tədqiqatların istiqamətində islama geniş yer ayrıldı.

Müstəqillik illərində şöbənin əməkdaşları bilavasitə islamın ibadətlərinə dair yazılar nəşr etməyə başladılar. “Ziyarət” (1990), “Həcc bələdçisi” (1991), “İslamın ziyarət ibadətləri” (2001) kitablarında həccin əməlləri ətraflı araşdırılır. Şöbənin moskvalı şərqşünaslarla birlikdə hazırladığı “İslam: tarix, fəlsəfə, ibadətlər” (Bakı, 1994) məcmuəsində islam fikir cərəyanları və islam ibadətləri ilə bağlı materiallar, islam istilahları lüğəti oxucular tərəfindən maraqla qarşılandı. 1993-cü ildə Türkiyə ilahiyyatçısı Rəcəb Dikicinin “Böyük övliyalar” kitabı Azərbaycan türkcəsində çapa hazırlandı, kitaba ön söz, qeyd və şərhlər yazıldı. Kitab maraq doğurduğu üçün 1998-ci ildə AMEA-nın müxbir üzvü Məşədixanım Nemətovanın da əlavə materialları ilə yenidən nəşr edildi. 2001-ci ildən şöbəyə f.ü.f.d. A.M. Məmmədov rəhbərlik edir. 2001-ci ildə A.Məmmədovun “İslamda əsas sosial-fəlsəfi anlamlar” kitabı çapdan çıxdı. Kitabda islamın tərəqqi, zaman, əmək, azadlıq və məsuliyyət, var-dövlət və yoxsulluq məsələləri ilə bağlı mövqeyi araşdırılır, bu anlayışların müsəlman cəmiyyətinin sosial-iqtisadi durumundan asılı olaraq təkamülü izlənir.

Bu dövrdə R.Mürsəlovun “Millətçilik təfəkkürü – birlik və parçalanma meylləri” (Bak, 1994) kitabı nəşr edildi. Onun Quranın qiraətləri, Quranda xəlqetmə məsələsi, hədislərin tarixi və digər mövzularda hazırladığı məqalələr mətbuat səhifələrində maraqla qarşılanır. Onun bəzi ərəb alimlərindən etdiyi tərcümələr islama, xüsusilə vəhhabiliyə dair zəngin material ehtiva edir. Şöbənin son vaxtlar çap edilmiş işləri mühüm və aktual məsələlərə həsr edilmişdir. E.Həsənovanın 2002-ci ildə çapdan çıxmış “Respublika Türkiyəsində dünyəvilik və islam” monoqrafiyasında dünyəvi dövlətdə “laikliyin” din-dövlət münasibətlərində rəhbər prinsip tutulmasına imkan verən tarixi, kulturoloji və sosial-psixoloji amillər araşdırılır, islamın siyasi aktivliyi şəraitində laiklikdə baş verən dəyişikliklər təhlil edilir. Ümid etmək olar ki, kitabın materialları Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsi işində faydalı olacaqdır.

2003-cü ildə M.Kazım bəyin 200 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfransın, akad.Z.M.Bünyadovun 80 illiyinə həsr olunmuş “Şərqin aktual problemləri: tarix və müasirlik” konfransının, 2004-cü və 2005-ci illərdə “Qloballaşma və islam” mövzusunda elmi konfransın keçirilməsində şöbə əməkdaşlarının rolu böyük olmuşdur. “Yaxın Şərqin ictimaisiyasi həyatında islam amili” problemi, İslam fundamentalizminin mənşəyi, əsas istiqamətləri, ayrı-ayrı müsəlman ölkələrində təzahür formaları 2005-ci ildə şöbə əməkdaşlarının diqqət mərkəzində olan elmi tədqiqat mövzuları olmuşdur. A.M.Məmmədovun “İslam fundamentalizmi: mahiyyəti, əsas prinsipləri və təzahür formaları” (Bakı, 2004) və R.Ə.Mürsəlovun “Müasir islam fundamentalizmi” (Bakı, 2004) kitabları bu araşdırmaların nəticəsidir.

2005-ci ildə şöbə əməkdaşlarının sayı 11 nəfər təşkil etmişdir. Həmin ildə şöbə əməkdaşları “Sinkretik din kimi bəhailikdə müxtəlif dini-fəlsəfi konsepsiyaların müqayisəli təhlili” (L.Məlikova), “XX əsrin 80-90-cı illərində Türkiyədə islamın problemləri” (E.Həsənova) “Ərəb istilasından sonra İranda yaranmış ideya cərəyanları və İranla Azərbaycanın intibah əlaqələri” (B.e.i. B.Bağırov), “İslam və müasir dövrün qlobal hadisələri” (R.Mürsəlov), “XX əsrin sonlarında Misir ictimai-siyasi fikrində islam” (G.Əhmədova), “Məkkə dinlər tarixində” (C.Xıdırov), “Şəhrəsatani mötədil kəlamın nümayəndəsi kimi” (A.Məmmədov) mövzularını tədqiq etmiş, yerli və xarici elmi konfranslarda bir sıra aktual məsələləri əhatə edən maraqlı məruzələrlə çıxış etmişlər. Şöbə əməkdaşlarından C.Xıdırovun “Məkkə” adlı kitabı da haqqında danışılan ildə işıq üzü görmüşdür (Bakı, “Nurlan” nəşriyyatı, 2005).

2005-ci ildə şöbədə kadr hazırlığı da yaxşı səviyyədə davam etmişdir. Belə ki, həmin ildə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün şöbənin iki dissertantı: K.Məmmədova “Nurçuluq: tarixi və müasir durumu” (18.04.2005) və İ.İbrahimova “Mövlanə Cəlaləddin Ruminin “Məsnəviyemənəvi” əsəri islam təsəvvüfünün əsas qaynaqlarından biri kimi” (28.10.2005) mövzularına həsr edilmiş dissertasiyalarını müdafiə etmişlər.

2006-cı ildə E.Y.Həsənovanın “XX əsr Türkiyəsində din və islam mistisizmi-təsəvvüf sosiologiyası (ideya mənbələri, əsas problemləri, yeni meyllər)” kitabı nəşr olunur. Bundan əlavə E.Y.Həsənova həmin ildətürkoloq D.Jeltyakovun 80 illiyi münasibətiləSankt-Peterburqda hazırlanan xatirə məcmuəsi üçün “XX əsrin əvvəllərində Türkiyədə ictimai-siyasi prosesin iki doktrinası haqqında” adlı məqalə hazırlamış, fəl.ü.f.d. A.Məmmədov “Kəlam predmeti kimi peyğəmbərlik məsələsinin fəlsəfi və sufi həlli: İbn Sina və Rumi” adlı məruzə ilə Bakıda Mövlanə Cəlaləddin Ruminin 800 illik yubleyinə həsr olunmuş beynəlxalq konfransda iştirak etmişdir.

2007-ci ildə şöbənin elmi işçisi C.V.Xıdırov Şakir Zabitin “İraq türkmənlərinin qısa tarixi” və Ə.Bəndəroğlunun “İraqda türkmənlər” adlı kitablarını tərcümə etmişdir.

2007-ci ildə şöbədə islamın əsas ideya axınları diqqət mərkəzində olmuş və L.Məlikova “Bəhailik fəlsəfəsində ismaili kosmoqonik təliminin ünsürləri” adlı mövzu üzərində çalışmışdır.

Şöbəyə 2008-ci ildən etibarən fəl.ü.f.d. E.Həsənova başçılıq edir. 2008-ci ildə şöbə Yaxın və Orta Şərq ölkələrində fəlsəfə, ictimai fikir, din tarixi, o cümlədən Azərbaycanda islam mövzularını tədqiqat obyekti seçmişdir. Yaxın və Orta Şərq ölkələrində din və ictimai fikir, müasir islam dünyasında Azərbaycanın yeri və rolu, islam alimlərinin Azərbaycanın ictimai-siyasi inkişafına təsirini, şərq ölkələrində və Azərbaycanda dövlət-cəmiyyətdin münasibətlərini müqayisəli təhlil əsasında öyrənən şöbə əməkdaşları “Yaxın Şərq ölkələrində və Azərbaycanda qeyri-ənənəvi dinlərin və yeni dini hərəkatların tarixi-fəlsəfi təhlili” (L.Məlikova), “Müasir Misirdə və Azərbaycanda islam və modernləşmə problemi (müqayisəli təhlil)” (G.H.Əhmədzadə), “Müasir islamda Şərq-Qərb mədəniyyətlərinin sintezi və Azərbaycan təcrübəsi” (R.Ə.Mürsəlov), “Müasir Qərb alimlərinin tədqiqatlarında İbn Ərəbinin dini-fəlsəfi irsi (1960-cı ildən günümüzə qədər)” (Q.B.Səfərov), “Müasir Türkiyədə islamın durumu” (E.Y.Həsənova), “İranda İslam inqlabından sonra mədəni inqlab konsepsiyası” (B.S.Bağırov), “Müasir ərəb ölkələrində islam: əsas meyllər” (R.Ə.Mürsəlov), “Fələstin-İsrail qarşıdurmasında din amili” (G.H.Əhmədzadə), “İslam” ensiklopedik lüğətinin hazırlanması” (Ə.Abbasov), “Ərəb liderlərinin siyasi görüşləri (XX əsr)” (C.V.Xıdırov), “Nasir Xosrov və ismaililik” (L.F.Məlikova), “Vəhdət-ul-vücud” və panteizm” (Q.B.Səfərov) kimi mövzuları araşdırmağı qarşılarına məqsəd qoymuşlar. 2008-ci ildə R.Ə.Mürsəlovun “İslam və müasir dövrün qlobal hadisələri” adlı kitabı nəşr olunmuşdur. Həmin ilin may ayında şöbənin aspirantı E.R.Rəhimov İran İslam Respublikasının Tehran şəhərində “Məzhəblərarası yaxınlaşma” beynəlxalq elmi konfransında “Məzhəblərarası yaxınlaşma zamanın tələbi kimi” mövzusu ilə, şöbənin əməkdaşı L.F.Məlikova isə “XIX əsrin sonu-XX əsrin əvvəllərində din amilinin Azərbaycanda qadınların vəziyyətinə təsiri” mövzusu ilə “Qadınlar və ictimai sahə” beynəlxalq elmi konfransında (Bakı, iyun, 2008) və “Bəhailiyin bəzi mənəvi-etik aspektləri” mövzusu ilə “İslam bölgəsifəlsəfəsinin qlobal fəlsəfə kontekstində tədqiq və tədris problemləri” elimi konfransında (Bakı, oktyabr, 2008) iştirak etmişlər. Həmin il şöbə əməkdaşları tərəfindən qələmə alınmış “Erkən islam dövründə vəhy-ağıl münasibətlərinə dair”, “Kindi və Farabinin timsalında Şərq peripatetizmindədin-fəlsəfə münasibətləri”, “Xristianlıqda din-fəlsəfəmünasibətləri”(E.Məmmədov), “Əhl-i Sünnə və Şiə mənbələrinə görə Quranın nazil olması, yazılması və kitablaşdırılması”, “Quranın yeddi hərf üzərinə nazil olması və qiraətlər məsələsi”, “İlk dövr İmamiyyə Şiəsi müfəssirlərinə görə Qurandakı mübhəmlər” (A.Həbibov) kimi mövzuları əhatə edən elmi məqalələr ölkə mətbuatında dərc edilmişdir.

2009-cu ildə şöbə əməkdaşları “Müasir Türkiyənin mütərəqqi ilahiyyatçılarının həqiqi islam uğrunda mübarizəsi və dini irticanın tənqidi” (E.Y.Həsənova), “Türkiyədə dini təhsil və ilahiyyat mərkəzləri” (A.Həbibov), “İslam mədəniyyəti və ümumbəşəri sivilizasiyanın təşəkkülündə onun rolu” (R.Ə.Mürsəlov), “İslam dininin Misir mədəni irsinə təsiri (1980-2007)” (G.H.Əhmədzadə), “Dini təlimlər və onların fəlsəfi aspektləri” (B.S.Bağırov) mövzularını araşdırmışlar. Həmin ildə fəl.ü.f.d. L.Məlikova “Dünyada gedən sosial-mədəni proseslər və müasir Azərbaycanda ictimai-dini durum” mövzusu ilə “Dünyada yeni inkişaf meylləri və türk dünyası” beynəlxalq elmi simpoziumda (Bakı,2009) iştirak etmişdir.

“Din-fəlsəfə münasibətlərinin nəzəri aspektlərinə dair”, “İşraqilik fəlsəfəsində metodologiya problemi” (E.Məmmədov), “İmam Həsan əl-Əskəri (a) və onun “Təfsir” əsəri” (A.Həbibov) kimi məqalələr 2009-cu ildə şöbə əməkdaşlarının elmi ictimaiyyətə təqdim etdiyi töhfələrin bir hissəsidir.

2010-cu ildə “Yaxın Şərq ölkələrində və Azərbaycanda qeyri-ənənəvi dinlərin və yeni dini hərəkatların tarixi-fəlsəfi təhlili” (L.F.Məlikova), “Müasir islam və modernləşmə problemi” (G.H.Əhmədzadə), “Müasir islamda Şərq-Qərb mədəniyyətlərinin sintezi və Azərbaycan təcrübəsi” (R.Ə.Mürsəlov), “Müasir Qərb alimlərinin tədqiqatlarında İbn Ərəbinindinifəlsəfi irsi” (Q.B.Səfərov) kimi elmi tədqiqat mövzuları şöbə əməkdaşları tərəfindən öyrənilmişdir. Həmin il şöbənin əməkdaşı fəl.ü.f.d. R.Ə.Mürsəlovun “Müasir islamdaxili proseslər (Misir müəlliflərinin fikirləri əsasında)” (Bakı, “Bakı Çap Evi” Nəşriyyatı, 2010) adlı kitabı işıq üzü görmüşdür. 2010-cu ildə şöbə əməkdaşlarından A.Həbibovun “İmamiyyə şiəsinin təfsir tarixi və günümüzə qədər gəlib çatmış ən qədim şiə təfsirləri” (Çukurova Universitetiİlahiyyat fakültəsinin jurnalı, Türkiyə, Adana, 2010) və “İlk dövr şiə təfsirinin qaynaqları” (19 May Universiteti İlahiyyat fakültəsinin dərgisi, № 28, Türkiyə, Samsun, 2010), “İmamiyyə alimlərinə görə Qurani-Kərimdəki müqəttə hərfləri”(BDU-nun İlahiyyat fakültəsinin elmi məcmuəsi, № 3, 2010) R.Mürsəlovun “İslamda ölüm və vəsiyyət” (“Azərbaycan şərqşünaslığı” jurnalı” № 2, 2010), E.Məmmədovun “Müasir dövr müsəlman qadınının sosial-mədəni maarifləndirmə işindəki rolu” (“Dövlət və din” toplusu, iyun, 2010), “Qurani-Kərimdə “ağıl” məfhumuna dair mülahizələr və qeydlər” (“Dövlət və din” toplusu, 2010), “Qurani-Kərimin təfsiri və təfsir növləri” (“Dövlət və din” toplusu, 2010) kimi mövzulara həsr edilmiş məqalələri çap olunmuşdur.

Şöbədə ruh yüksəkliyi yaradan amillərdən biri də, 2010-cu ildə şöbə müdirəsi, a.e.i., fəl.ü.f.d. E.Y.Həsənovanın elmi fəaliyyətində fərqləndiyinə görə AMEA-nın prezidenti tərəfindən fəxri diplomla təltif edilməsi olmuşdur.

Bu ildə E.Rəhimov “Müasir İslamda məzhəblərarası yaxınlaşma konsepsiyaları” (28 aprel 2010) və E.Məmmədov “Orta əsr İslam düşüncəsində din-fəlsəfə münasibətləri” (15 oktyabr 2010) mövzularında fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiyalarını müdafiə etmişlər.

2011-ci ildə şöbə əməkdaşlarının təqdim etdiyi məqalələr sırasında “Qədim yunan ictimai fikrində və xristianlıq təlimində fəlsəfə və din” (E.Məmmədov), “Türkiyədə Şiəlik” (A.Həbibov) kimi mövzuları əhatə edən maraqlı məqalələri qeyd etmək olar. L.Məlikovanın rus dilində nəşr olunan “Bəhailiyin qaynaqları və dünyagörüşünün əsas aspektləri” adlı kitabının işıq üzü görməsi din və ictimai fikir tarixi şöbəsinin elmi bazasının zənginləşməsinə səbəb olmuşdur.

Haqqında danışılan ildə şöbənin dissertantı Q.Səfərov fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “İbn Ərəbinin dini-fəlsəfi görüşləri” adlı dissertasiyasını müdafiə etmişdir. (06.07.2011)

Şöbənin böyük elmi işçisi L.Məlikova Zveniqorodda 3-5.10. 2012-tarixlərində Rusiya Elmlər Akademiyasının (REA) Gənc Alimlər Şurası, REA-nın tarix-filologiya bölməsi, REA-nın Şərqşünaslıq İnstitutu, AR-nın Prezidenti yanında SAM-ın birgə təşkilatçılığı ilə keçirilən Rusiya və MDB ölkələri Gənc şərqşünaslarının I Qurultayında iştirak etmiş və “Şərqin neouniversalist dini konsepsiyalarının Qərb qlobalizmi ideologiyası ilə qarşılıqlı əlaqəsi (bəhailiyin nümunəsində)” adlı məruzəsini təqdim etmişdir. Həmin ildə şöbənin aparıcı elmi işçisi, fəl.ü.f.d. R.Ə.Mürsəlovun “Mədinəyə hicrət və erkən müsəlman icmasının ideoloji və inzibati əsaslarının qoyulması” adlı kitabı işıq üzü görmüşdür. 2012-ci ilin araşdırmaları arasında öz aktuallığı ilə seçilən tədqiqatlardan biri də, şöbənin böyük elmi işçisi, fəl.ü.f.d. İ.Ə.Əlimuradovun araşdırdığı “İslamda “xaricilik” dini-ideoloji cərəyan kimi. (Yaranması inkişafı və müasir forması”) mövzusudur. Tədqiqat əsnasıda dini, siyasi və eyni zamanda ideoloji cərəyan olan “Xaricilik” əraflı şəkildə araşdırılır. Xariciliyin yaranmasıa zəmin yaradan səbəblər, bu cərəyanın yarandığı və inkişaf etdiyi ərazilər, ilk xaricilər nəsli və onların ardıcılları xaricilik ideologiyasının əasları İslamın məlum prinsipləinin xaricilər tərəfindən fərqli şəkildə izah edilib qəbul edilməsi və onlarla həmfikir olmayanlara qarşı kəskin sərt möqedən çıxış etmələri vəs. kimi məlumatlar haqqıda danışan tədqiqat işində öz əksini tapır.

2012-ci ildə şöbə müdirəsi, fəl.ü.f.d. E.Y.Həsənova ən yaxşı. vətənpərvər təqiqatçı kimi “Azəbaycan Respublikası Avropa Nəşr Məbu Evi”nin qızıl medal (diplom, Az № 803250124), Azəbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin 04.10.2012-ci il tarixli qərarı ilə“Azəbaycan bayrağı”, “Qzııl qələm” mükafatları və “Xalqın nüfuzlu ziyalısı” fəxri diplomu ilə təltif olunmuşdur.

2012-ci ildə “Müsəlman əxlaqı”, “Dini-mədəni islam fikri: tənqidi mülahizələr” və “Şəriətin məqsədləri” adlı kitabların şöbənin böyük elmi işçisi, fəl.ü.f.d. E.Məmmədov tərəfindən ərəb dilindən ana dilimizə tərcümə edilməsi oxucuların böyük marağına səbəb olmuşdur.

2013-cü ildə A.Həbibov Türkiyə Cümhuriyyəti Ankara şəhərində nəşr olunan “Şii Tefsir Geleneği”, Tefsire Akademik Yaklaşımlar, (Editör: Prof. Dr. Mehmet Akif - Prof. Dr. İsmail Çalışkan, OTTO Yayınları) toplusunun hazırlanmasında iştirak etməklə ölkə xaricində çap olunan kitaba həmmüəllif olmuşdur.

Həmçinin, 2013-cü ildə İsveçdə nəşr edilən «The Caucasus and Globalization» (Sweden: CA&CC Press® AB Publishing House, 2013, Vol. 7, Issue 3-4.) elmi toplumda L.Məlikovanın növbəti «Bahaism – the way from East to West: History of one neo-universalist doctrine» adlı yeni məqaləsi də işıq üzü gördü.

Bu ildə haqqında danışılan şöbənin ən önəmli nailiyyətlərindən biri də t.ü.f.d. Ə.Abbasovun əməyinin məhsulu olan “İslam. Ensiklopedik lüğət”inin nəşr edilməsi olmuşdur. İslam ensiklopedik lüğəti islamın yaranma və yayılma tarixini, Quranın leksikası və hekayələrini, müsəlman icmaları tarixini, müsəlman ilahiyyatı və fəlsəfəsini, müsəlman dövlətçiliyinin nəzəri və praktiki məsələlərini, orta əsr müsəlman cəmiyyətindəki sosial-siyasi və iqtisadi münasibətləri, sufi təlimlərini, müsəlman hüququnun nəzəri və tətbiqi məsələlərini, islamın və islam fəlsəfəsinin görkəmli şəxsiyyətləri, habelə ölkəmizin bu dinlə bağlılığı, Azərbaycanın şeyxülislamları, müftiləri, axundları və bəzi başqa din xadimləri haqqında məlumatları ehtiva edir.

2013-cü ildə Məhəmməd Ömər Şabranın “İnkişafın islam modeli” (“məqasid” konsepsiyası əsasında), Taha Cabir əl-Ülvaninin “İslam tarixində çoxfikirlilik ədəb-ərkanı”, Xalid Məhəmməd Xalidin “Və Əbubəkr gəldi” kitablarının fəl.ü.f.d. E.Məmmədov tərəfindən ərəb dilindən Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə edilməsi şöbənin elmi məhsuldarlığını daha da artırmışdır. E.Məmmədovun Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində çap olunan “Quran ayələrinin mövzular üzrə təsnifatı – Fehrist” (3 cilddə) kitabı da müəllifin özü ilə yanaşı din və ictimai fikir tarixi şöbəsinin uğurudur.

2014-cü il, 3-4 mart tarixlərində L.Məlikova Azərbaycan Avropa Cəmiyyətinin (The European Azerbaijan Society /TEAS/) təşkilatçılığı ilə Londonda keçirilən “Qafqazda dinlər” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etmiş və “Azərbaycanda İslam” adlı məruzə ilə çıxış etmişdir. L.Məlikova, eləcədə “Şərq fəlsəfəsi problemləri” (Red. Z.Quluzadə) beynəlxalq, elmi-nəzəri, akademik jurnalın redaksiya heyətinin üzvüdür və yerli və xarici alimlərə məxsus olan islama dair müxtəlif dini-fəlsəfi mövzularda hər il Azərbaycan və rus dillərində həyata keçirilən çoxsaylı elmi məqalələrin tərcümələrinin müəllifidir.

Elmi fəaliyyəti ilə yanaşı, tərcüməçilik fəaliyyəti ilə də məşğul olan şöbənin əməkdaşı, fəl.ü.f.d. E.Məmmədov hal-hazırkı tarixə qədər dini-fəlsəfi mövzulardan bəhs edən otuz kitabı ərəb dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Onun 2014-cü ildə tamamladığı sonuncu tərcümə işi “Əbdülhəmid əbu Süleymanın“İslama görə beynəlxalq münasibətlərin nəzəri əsasları” adlanır”. Beynəlxalq münasibətlər probleminə islamın baxışını əks etdirən bu kitab islam siyasi fikri ilə maraqlanan hər bir mütəxəssis üçün faydalı mənbədir.

Download Template Joomla 3.0 free theme.