Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Rəqəmsal şərqşünaslıq: süni intellekt qədim mətnlərin tədqiqində inqilab yaradır

17 Fevral 2026

Süni intellektin (Sİ) ədəbiyyata təsiri çoxşaxəli və dərin xarakter daşıyaraq həm yaradıcı prosesləri, həm də oxucunun ədəbi mətnə yanaşma tərzini fundamental şəkildə dəyişir. Bu texnologiyanın inkişafı yazıçıların işini asanlaşdırmaqla yanaşı, yeni üslub və məzmun formalarının yaranmasına zəmin yaradır.

 

Müasir insanın texnologiyadan gözləntisi sadəcə icra deyil, həm də düşünmə, anlama və öyrətmə bacarığıdır. Riyazi alqoritmlər əsasında fəaliyyət göstərən Sİ-nin tətbiqi elmin ən mürəkkəb və yaradıcı sahələrindən biri olan əlyazmaşünaslıqda da mühüm perspektivlər vəd edir. Qədim əlyazmaların paleoqrafiyası, kalliqrafiyası, bərpa və mühafizəsini ehtiva edən əlyazmaşünaslıq ədəbiyyatşünaslıq, dilçilik, tarix və mənbəşünaslığın kəsişməsində yerləşən multidisiplinar bir sahədir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri dosent İnci Qasımlı bildirib.

Alimin fikrincə, klassik elm sahəsində kiberfiziki yanaşmaların və süni zəkanın tətbiqi artıq bir zərurətdir. Sİ qədim mətnlərin optik tanınmasında, elektron mətnlərin maşın tərcüməsində və neyron şəbəkələri vasitəsilə ərəb, fars, türk, eləcə də latın, qipti və sanskrit kimi qeyri-işlək dillərin oxunmasında əvəzsizdir. Dərin semantik təhlil imkanları sayəsində Sİ transliterasiya və tərcümə zamanı buraxılan insani xətaları minimuma endirə bilər. Bu, xüsusilə orijinal mətni oxuya bilməyən tədqiqatçılar üçün geniş imkanlar açır. Xüsusilə HTR (Handwritten Text Recognition – Əlyazma Mətninin Tanınması) texnologiyası arxiv sənədlərinin və çətin oxunan şəxsi qeydlərin rəqəmsallaşdırılmasında inqilab yaradıb.

Lakin İnci Qasımlı vurğulayır ki, Sİ hələlik 100 faiz dəqiqliklə işləmir: “Səliqəsiz və çox qədim yazılarda "Human-in-the-loop" (insan nəzarəti) prinsipi mütləqdir. Bunu Sİ vasitəsilə aparılan konkret bir təcrübədə görmək olar. Osmanlı/Azərbaycan türkcəsində, nəstəliq xətti ilə yazılmış mənzuməni analiz edən Sİ mətni belə oxuyub:

Fə-sübhānə-lləzī yuhyi-l-əmvāt / Edər sən’ə kəmālın hər dəm isbāt

Rəbī‘ cəbhəsindən ey Sāni‘-i Sübhān / Bizə həşr içün āyāt-ı bürhān

Sİ bu mətni təhlil edərkən həm vizual formaları, həm də dil modelini (kontekstual uyğunluğu) birləşdirir. Məsələn, dini mətnlərdə "yuhyi" (dirildir) sözündən sonra "əl-əmvat" (ölülər) ifadəsinin gəlməsi qanunauyğunluğunu müəyyən edir.

Yekun nəticə göstərir ki, Sİ nə qədər sürətli və effektiv olsa da, hələlik insan beyninin dəqiqliyini, estetik duyumunu və prinsipial əməyini tamamilə əvəz etmək iqtidarında deyil”.

Download Template Joomla 3.0 free theme.