Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

19 Sentyabr 2024

Günlər, həftələr, aylar bir-birini əvəz edir, yaşadığımız XXI əsrin artıq üçüncü onilliyidir. Belə bir vaxtda keçmişə dönür, ötüb keçənləri bir daha göz önünə gətirərək qazanc və itkilərimizi yenidən nəzərdən keçiririk.

Azərbaycan şərqşünaslıq elmi. XX əsr bu elmin ölkəmizdə sistemli şəkildə təşəkkül tapması, sürətli inkişafı və çiçəklənməsi əsridir. Məhz bu dövrdə şərqşünaslıq elminin ən müxtəlif sahələri inkişaf etmiş, qüdrətli elmi potensial yaranmış, milli şərqşünas kadrlar yetişmişdir.

19 Sentyabr 2024

Sentyabrın 19-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva və Şərqşünaslıq İnstitutunun kollektivi XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

18 Sentyabr 2024

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının  bazasında yaradılmış BED 1.18 – Birdəfəlik Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (fars ədəbiyyatı)” ixtisasında Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.

12 Sentyabr 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Yusubovanın “Əhməd Nədimin poetikası” adlı monoqrafiyası çapdan çıxıb.

Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımovdur.

Download Template Joomla 3.0 free theme.