xəbərlər

Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsini anıb Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas Aida İmanquliyevanın xatirəsini anıb AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi oktyabrın 10-da görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 87-ci ildönümündə alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklil qoyub.
Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri Azərbaycan ədəbiyyatının ərəb dünyası ilə əlaqələri qədim və çoxşaxəli tarixi-mədəni proseslərdən qaynaqlanır. İslam sivilizasiyasının formalaşması və yayılması, ərəb dilinin uzun müddət elm və mədəniyyət dillərindən biri kimi mövcud olması, Azərbaycan alim və şairlərinin ərəb dilində əsərlər yaratması Azərbaycan-ərəb ədəbi-mədəni əlaqələrinin tarixi əsaslarını müəyyənləşdirən mühüm amillərdir. Professor Aida İmanquliyevanın elmi yaradıcılığında Azərbaycan-ərəb ədəbi əlaqələrinin öyrənilməsi xüsusi yer tutur: alimin birbaşa Azərbaycan-ərəb ədəbi-mədəni əlaqələrinə dair araşdırmaları və ərəb ədəbiyyatının dünya ədəbiyyatı ilə qarşılıqlı əlaqələrini tədqiq edərkən formalaşdırdığı müqayisəli metod.
Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı Oktyabrın 10-u görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın doğum günüdür. Aida xanım Azərbaycan şərqşünaslıq elminin inkişafında böyük xidmətlər göstərib, onu respublikamızdan kənarda layiqincə təmsil edib. Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatlar və yazdığı əsərlər ona nəinki keçmiş Sovet İttifaqında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət qazandırıb.
Şərqşünas alim Elnur Mustafayev “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfransda məruzə edib Şərqşünas alim Elnur Mustafayev “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfransda məruzə edib AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev oktyabrın 9-da Bakıda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda keçirilən konfransda "Rəqəmsal platformaların gənclərin mənəvi dünyagörüşünə təsirləri: təhdidlər və imkanlar" adlı məruzə ilə çıxış edib.
“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub “Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının qərarı ilə "Azərbaycan tarixşünaslığında monqollar dövrü (XIII–XIV əsrlər)" monoqrafiyası işıq üzü görüb.

Yeni Xəbər

Əlaqə

AZ1143, Azərbaycan Respublikası, Bakı şəhəri, H.Cavid pr. 115

  • Telefon: (994 12) 538-87-55
  • Faks: (994 12) 539-23-51

ictimai Şəbəkə