Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın “Müharibədə ikili standartlar bədii ədəbiyyatın mövzusu kimi” adlı məqaləsi ingilis dilində Almaniyanın nüfuzlu “Deutsche internationale Zeitschrift für zeitgenössische Wissenschaft” (№78, 2024) elmi dərgisində yer alıb.
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Filologiya (fars dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan tələbələri AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda istehsalat təcrübəsindədirlər. Aprelin 26-da tələbələr qarşısında Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə fars ədəbiyyatı haqqında mühazirə ilə çıxış edib.
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Filologiya (fars dili və ədəbiyyatı) ixtisası üzrə təhsil alan tələbələri AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda istehsalat təcrübəsindədirlər. Aprelin 19-da tələbələr qarşısında Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva "İran dövlətçilik tarixi: Qədim dövrdən yeni dövrədək keçdiyi yol" mövzusunda mühazirə ilə çıxış edib.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası Elmi şurasının üzvü qismində Belarus MEA Rəyasət Heyətində keçirilən beynəlxalq dəyirmi masada iştirak edib. Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının təşkilatçılığı ilə Belarusiya MEA-nın Sosiologiya İnstitutunda keçirilən dəyirmi masada Azərbaycan, Belarus, Rusiya və digər ölkələrin aparıcı alim və sosioloqları iştirak ediblər.