Tədbir İnstititutun direktoru akademik Gövhər Baxşəliyevanın 13 fevral 2026-cı il tarixli 33 nömrəli əmri ilə keçirilib. Tədbirə keçirmək haqqında sənədlər Mülki Müdafiə Qərargahında hazırlanıb.
İnstitut əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə İnstitutun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev çıxış edərək, qarşıda Ümumdünya Mülki Müdafiə günü gəldiyini qeyd edib və bununla bağlı keçirilən tədbir barədə məlumat verib. N.Abdullayev həmçinin tədbirdə nümayiş olunan mülki müdafiə vasitələri barədə iştirakçıları məlumatlandırıb.
Tədbirdə institutun kiçik elmi işçisi Ceyhun Mürşüdzadə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda məruzə edib.
