Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

18 Oktyabr 2023

23 oktyabr 2023-cü il saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (ərəb ədəbiyyatı)” ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.

18 Oktyabr 2023

CBC  (rus dilində) və  Mir (rus dilində) telekanallarının Çinin “Kəmər-Yol” təşəbbüsünün 10 illiyinə həsr olunmuşproqramlarında canlı yayında Asiya-Sakit okean regionu ölkələri şöbəsinin aparıcı elmi işçisi və Konfutsi institutunun direktoru Rafiq Abbasov mövzu ilə bağlı müsahibələr verib.

 

18 Oktyabr 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülkər Səmədova 17-20 oktyabr tarixlərində Qazaxıstanın “Əhməd Yəsəvi” Universitetinin təşkilatçılığı ilə keçirilən və Rusiya, Türkiyə, Özbəkistan, İran, Qırğızıstandan bir çox türkoloqun da qatıldığı X Beynəlxalq Türkoloji Konfransda iştirak edib.  Ülkər Səmədova onlayn qatıldığı konfransda “Son illərdə Azərbaycanda Türkiyə türkcəsi ilə bağlı  aparılan tədqiqatlar” adlı məruzə ilə çıxış edib.

18 Oktyabr 2023

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Leyla Məlikova oktyabrın 13-19-da Türkiyənin İstanbul şəhərində keçirilən "Mərkəzi Asiya müsəlmanları XXI əsrdə: çağırışlar, imkanlar, perspektivlər" mövzusunda Beynəlxalq elmi forumda iştirak  edib.

Download Template Joomla 3.0 free theme.