Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Sentyabrın 11-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Rəhbər heyətinin Mülki müdafiə məşqi keçirildi.
İnstitut əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə İnstitutun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda çıxış etdi.
2024-cü il avqust ayının 18-də Bakı Dövlət Universitetinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri professor Kazımov Mehdi Davud oğlunun 70 yaşı tamam oldu. 70 illik ömrünün böyük bir hissəsini Mehdi müəllim Şərq ədəbiyyatının tədqiqinə həsr etmişdir. Onun həyat səhifələrinə nəzər saldıqca qələminin dayanmadan yaratdığının, zehninin daim axtarışlar içində olduğunun şahidinə çevrilirik.
17 sentyabr 2024-cü il saat 11.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının bazasında yaradılmış BED 1.18 – Birdəfəlik Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (fars ədəbiyyatı)” ixtisasında filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.
AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elnur Mustafayev: “Qarabağda inkişaf etmiş ekoturizm marşrutları yaratmaq işğaldan azad edilmiş ərazilərdə turizmin inkişafına töhfə ola bilər”