Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQ-QƏRB ŞÖBƏSİ

 

2001-ci ildən etibarən fəaliyyət göstərən şöbənin tədqiqat istiqamətini “Şərq-Qərb” münasibətlərinin müqayisəli şəkildə araşdırılması təşkil edir. 2001-2011-ci illərdə f.ü.f.d. A.Əzimov şöbənin ilk müdiri olmuşdur. 2011-1016-cı illərdə  şöbəyə dünya iqtisadiyyatı, Türkiyə və Azərbaycan iqtisadiyyatı üzrə tanınmış mütəxəssis, çox saylı sanballı tədqiqatların müəllifi, i.ü.e.d. D.Vəliyev rəhbərlik edib. Hazırda şöbəyə ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı rəhbərlik edir.

Şöbə yaradılarkən onun qarşısında Şərq ölkələrinin yeni dövr tarixi inkişafını, sosial, siyasi, iqtisadi, mədəni problemlərini Qərb ölkələri ilə müqayisəli şəkildə araşdırmaq vəzifəsiqoyulmuşdu. Əsas diqqət müasir və aktual beynəlxalq siyasi məsələlərə, həmçinin kulturoloji məsələlərə verilir. Müsəlman Şərqində siyasi proseslərə, qloballaşma və sivilizasiyalararasıdialoq: “Şərq-Qərb” münasibətlərinin müasir problemləri haqqnda mövzulara xüsusi yer verilir. İnstitutunun ənənəvi istiqamətlərini nəzərə alaraq, həmin tədqiqat problematikası, əsasən, Türkiyə, İran və ərəb ölkələrinin timsalında araşdırılır. “Şərq-Qərb” çox geniş bir məfhum olduğuna görə həmin araşdırmaları şöbədə çalışan, müxtəlif elmləri və elmi istiqamətləri təmsil edən mütəxəssislər aparırlar.

Şöbə çərçivəsində aparılan araşdırmaların ümumi prinsipi Şərqin və Qərbin bir- birinə tarixən qarşılıqlı təsiri və bu təsirin həm pozitiv, həm də neqativ cəhətlərini arasdırmaqdır. Şöbə tərəfindən hazırlanan tədqiqatların məqsədi Qərb və Şərq mədəniyyətlərini dünya mədəniyyətinin iki müxtəlif və vacib hissələri kimi bir vəhdət şəkilində göstərməkdir.

Şöbənin əsas fəaliyyət istiqamətləri bunlardır:

- Şərq və Qərb sivilizasiyalarının ayrı-ayrı cəhətlərinin müqayisəli və çoxtərəfli təhlili;

- Şərq-Qərb sivilizasiyalararası münasibətləri vəAzərbaycan;

- Qərb mədəniyyətinin Şərq ölkələri tərəfindən sintezedilərək qavranılmasının, Şərq və Qərb ölkələri arasında

münasibətlərin tarixi gedişi və təcrübəsinin təhlili;

- Qərb dəyərlərinin, qloballaşmanın Şərqdə gedən siyasi, iqtisadi, mədəni və sosial proseslərə təsirinin araşdırılması;

- Şərqin zəngin irsinin Qərb ölkələrində gedən mədəni, iqtisadi, sosial və siyasi proseslərə təsirinin təhlili;

- Beynəlxalq əlaqələrin “Şərq-Qərb” arasındaki qarşılıqlı münasibətlər prizmasından tədqiqi;

- Müasir dövdə Şərqdə gedən proseslərin Şərq-Qərb münasibətləri prizmasından tədqiqi.

Keçən müddət ərzində şöbədə Şərq və Qərbin fikri, mədəni, ədəbi və s. istiqamətlərinin müxtəlif aspektlərini əhatə edən “Müasir Azərbaycan şüurunda Şərq-Qərb paradiqmasının qavranması”, “İşraqilik və XX əsr Qərb fəlsəfəsinin inkişafı”, “Dinlərarası münasibətlər və kütləvi informasiya vasitələri”, “Şərq-Qərb” paradiqması və gender problemləri” (f.ü.f.d. A.Əzimov), “Vahid dünya konsepsiyası kontekstində mədəniyyətlərarası dialoqun yeri və önəmi”, “Qloballaşma problemlərinin həllində Şərq-Qərb əməkdaşlığı: zərurət və perspektivlər” (i.ü.f.d.M.Babaşlı), “Türkiyədə modernləşmə prosesinin kulturoloji təhlili(R.Rzayeva), “XVIII-XIX əsrlər Qərbi Avropa ədəbiyyatında Şərq motivləri”, “Ərəb üzri lirikası və orta əsrlər Avropa poeziyası”,”Sufulik və Qərbi Avropa ədəbiyyatı” (A.Cəbrayılova), “Aida İmanquliyevanın “Qələmlər birliyi və Mixail Nuaymə” əsərində Mixail Nuaymə yaradıcılığının səciyyəvi xüsusiyyətləri” (X.Əliyeva), “Türkiyə-Avropa Birliyi iqtisadi münasibətlərinin tədqiqi tarixi” (E.Səmədov), “Nizar Qəbbani yaradıcılığında Əndəlüs motivləri” (K.Şərifov) “XXI əsrin əvvəllərində ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri və beynəlxalq terrorizm problemi”, “Ərəb ölkələrində ictimai rəy və Xəzər ətraf beynəlxalq əlaqələr”, “Müasir mərhələdə Şimali Afrika ölkələrində siyasi islam” (S.İbrahimova), “ABŞ-da islam”, “Britaniyada islam”,“Avropa Şurası və müsəlman Şərqi ölkələrində mühacirət problemləri” (N.Əlizadə); “XXI əsrin əvvəllərində Avrasiyada inteqrasiya və Xəzər dənizi hövzəsində beynəlxalq münasibətlərin perspektivləri” (Q.Rzayev), mövzularında araşdırmalar  aparılmış və əldə olunmuş nəticələr elmi dövriyyəyə buraxılmışdır.

Şöbənin keçici plan işləri qismində “Qloballaşma və sivilizasiyalararsı dialoq: “Şərq-Qərb” aspektləri mövzusu  çərçivəsində “Qloballaşma prosesləri və Şərq”(şöbə müdiri, i.ü.e.d. D.Vəliyev) mövzusunun birinci mərhələsi başa çatmış və əldə olunan nəticələr elmi dövriyyəyə buraxılmışdır.

Şöbədə yerinə yetirilən tədqiqatlar arasında Şərq-Qərb paradiqmasının ən universal modelin müəyyənləşdirməsi baxımından “İşraqilik və XX əsrin qərb fəlsəfəsinin inkişafı”, həmçinin ərəb və türk dünyaları arasında tarixi münasibətlərin indiki vəziyyəti və bu münasibətlərdə Qərbin rolunun araşdırılması baxımından “Ərəb ölkələrində ictimai rəy və Xəzər ətrafı beynəlxalq əlaqələr” mövzuları Azərbaycan elmi üçün əhəmiyyət kəsb edir. Həmçinin Şərq-Qərb dialoqunun geopolitik və kulturoloji aspektləri probleminin öyrənilməsi çərçivəsində “Qloballaşma problemlərinin həllində Şərq-Qərb əməkdaşlığı: zərurət və perspektivlər” mövzusunun əhəmiyyəti qeyd olunmaldır.

Şöbə müdiri D.Vəliyev və i.ü.f.d. M.Babaşlı Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edirlər. D.Vəliyevin “Beynəlxalq iqtisadiyyat” və “Beynəlxalq maliyyə” adlı dərslikəri Təhsil Nazirliyinin qrifi ilə nəşr edilmişdir.

Hal-hazırda şöbədə aşağıdakı istiqamətlər üzrə tədqiqatlar aparılır:

1.“Qloballaşma prosesləri və Şərq” mövzusu çərçi vəsində “Qlobal maliyyə böhranının Şərq ölkələrinə təsiri” (i.ü.e.d. D.Vəliyev);

2. “Beynəlxalq terrorizm və onunla mübarizədə Şərq və Qərb əməkdaşlığının əhəmiyyəti” (i.ü.f.d. M.Babaşlı);

3.“Aida İmanquliyeva tərəfindən “Qələmlər Bir liyi”nin tədqiq edilməsi” (X.Əliyeva);

4. “Ərəb Şərqinin siyasi həyatı Nizar Qəbbani yaradıcılığında” (K.Şərifov);

5. “Şərq-Qərb münasibətləri kontekstində Misirdə si yasi islamın yaranması və inkişafı” (k.e.i. Sevda İbrahimova);

6. “Avropa Şurası və müasir mərhələdə müsəlman Şərqi ölkələrində mühacirət problemləri” (N.Əlizadə);

7.“Türkiyə-Avropa Birliyi iqtisadi münasibətlərinə aid elmi ədəbiyyat sənədlərinin biblioqrafiyası” (E.Səmədov);

8. “Türkiyə Cümhuriyyətinin 2000-ci illərdə sosial-iqtisadi inkişafının əsas istiqamətləri” (H.Günəşli);

9. “Tənzimat dövrü türk nəsrinin formalaşmasına qərb ədəbiyyatının təsiri” (Ü.Səmə dova);

Şöbə əməkdaşlarının elmi tədqiqatlarının ardıcıllığnın təmin edilməsi və kadr potensialının gücləndirilməsi məsələsi də qarşıda duran vəzifələr arasındadır. Bununla əlaqədar aşağıdakıları qeyd etmək olar:

1. İ.ü.f.d. M.Babaşlı “Dinin tarixi və fəlsəfəsi” ixtisası üzrə “Şərq və qərb etik fikrində islam əxlaqı məsələləri (ən yeni dövr)” mövzusunda fəlsəfə elmlər doktorluğu üçün dissertasiya işini davam etdirir.

2. Elmi işçi E.Səmədov “Türkiyə-Avropa Birliyi gömrük münasibətləri” mövzusunda dissertasiya işi üzərində işləyir.

3. Elmi işçi H.Günəşli 2014-cü ildə doktorantura pilləsinə qəbul olmuş və “Beynəlxalq terrorizmə qarşı mübarizədə Türkiyə-ABŞ əməkdaşlığı” mövzusu üzrə tədqiqat aparır.

4. Baş laborant Ü.Səmədova “Tənzimat dövrü türk nəsrinin formalaşmasına qərb ədəbiyyatının təsiri” mövzusunda dissertasiya işi üzərində işləyir.

Şöbənin əməkdaşlarından kiçik elmi işçi Xuraman Əliyevanın filologiya üzrə fəlsəfə doktoru elmi adını almaq üçün “Aida İmanquliyeva Şərq-Qərb ədəbi əlaqələrinin tədqiqatçısı kimi” mövzusunda dissetasiya işi müzakirə edilərək müdafiəyə buraxılmışdır.

Ümumiyyətlə, hal-hazırda şöbədə Şərq və Qərb münasibətlərinin aktual problemləri üzrə elmi-tədqiqat işləri üzərində tədqiqat aparan 15 doktorant və dissertant fəaliyyətdədir.

Şöbə əməkdaşlarından i.ü.e.d. D.Vəliyev fəlsəfə üzrə elmlər doktorluğu üzrə 5, i.ü.f.d. M.Babaşlı 4 dissertanta elmi rəhbərlik edir. Dissertantlar üçün müəyyən edilmiş mövzular şöbənin istiqamətinə uyğun olaraq seçilir və məsələnin Şərq-Qərb kontekstində öyrənilməsinə xüsusi diqqət yetirilir. İslamda və xristianlıqda qadının hüquq və vəzifələri, insan sevgisi, dünya anlayışı kimi aktual məsələlər müqayisəli şəkildə elmi tədqiqata cəlb edilir.

Şöbə plan işi üzrə elmi tədqiqatların yerinə yetirilməsini və əməkdaşlarının elmi əsərlərinin nəşrini təmin etməklə yanaşı, institut səviyyəsində keçirilən elmi tədbirlərin təşkilinə də öz töhfəsini verir. Qardaş Türkiyənin tarixində əlamətdar bir hadisə olan Türkiyə Cümhuriyyətinin elan olunmasının 90 illiyi münasibəti ilə AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Qafqaz Universitetinin 2013-cü ilin 28 oktyabrında birgə təşkilatçılığı ilə keçirilmiş “Türkiyə Cümhuriyyəti-90” mövzusunda beynəlxalq konfransın təşkilində şöbə əməkdaşları yaxından iştirak etmişlər.

Şərq-Qərb əlaqələrinin qarşılıqlı təsirinin müxtəlif problemlərinə dair tədqiqat aparan şöbə əməkdaşları “Elmi araşdırmalar” və “İpək yolu”, “Journal of Qafqaz University” elmi toplularında maraqlı elmi məqalələr çap etdirirlər. Şöbənin elmi əməkdaşları Türkiyə, Rusiya, Qazaxıstan və Azərbaycanda keçirilən elmi konfrans və simpoziumlarda fəal iştirak edirlər.

Ümumiyyətlə, “Şərq-Qərb” şöbəsi fəaliyyətə başladığı dövrdən etibarən burada çalışan əməkdaşlar Şərq və Qərb əlaqələrinin qarşılıqlı təsiri mövzusuna həsr olunmuş otuzdan çox kitab, iki yüzdən artıq elmi məqalə (o cümlədən xaricdə) çap etdirmişlər.

Download Template Joomla 3.0 free theme.