Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

MƏRKƏZİ ASİYA VƏ UZAQ ŞƏRQ ÖLKƏLƏRİ ŞÖBƏSİ

 

Şöbə 2011-ci ildə Azərbaycan şərqşünaslığında Mərkəzi Asiya və Uzaq Şərq ölkələrinin ictimai-siyasi, sosial-iqtisadi və ədəbi-mədəni inkişafının mühüm məsələlərinin hərtərəfli öyrənilməsi zərururətinə əsaslanaraq, fəaliyyətə başlamışdı. Müstəqil Azərbaycanın bir sıra Mərkəzi Asiya və Uzaq Şərq ölkələri ilə artan siyasi, iqtisadi və mədəni əlaqəlari bu regionların elmi şəkildə öyrənilməsinə böyük ehtiyac yaratmaqdadır. Məhz bu fakt nəzərə alınaraq Şərqşünaslıq İnstitutunda bu şöbənin yaradılmasına qərar verilmişdir.

Şöbənin profilinin və elmi-tədqiqat tematikasının, inkişaf istiqamətlərinin müəyyənləşməsi prosesində qarşıya qoyulan vəzifələrin səmərəli şəkildə həlli üçün şöbəyə Çin, İndoneziya, Pakistan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan Respublikalarının tarixi, dili və ədəbiyyatı üzrə mütəxəssislərin cəlb olunması zəruri problem olaraq dururdu. Mövcud elmi və kadr potensialına əsasən şöbə öz elmi fəaliyyətini beynəlxalq münasibətlər sistemi, qloballaşma və mədəni münasibətlər yönündə qurdu.

Dünya siyasətində xüsusi yeri olan Çin Xalq Respublikasının beynəlxalq münasibətlər sistemində ölkəmizlə əlaqələrinin öyrənilməsi üzrə şöbədə iki mütəxəssis fəaliyyət göstərir. Şöbə müdiri c.ü.f.d. Rafiq Abbasov və t.ü.f.d. Ülkər Əliyevanın Çinin tarixi və müasir vəziyyətini əks etdirən tədqiqat işləri müasir Azərbaycan şərqşünaslığında yeni istiqamət açır. Ümumiyyətlə, ölkəmizdə çinşünas mütəxəssislərin sayca hələ az olduğunu nəzərə alsaq, şöbə əməkdaşlarının Azərbaycanda çinşünaslıq istiqamətinin formalaşdırılması sahəsində fəaliyyətlərini təqdirlə qeyd etmək lazımdır.

Belə ki, R. Abbasovun “İlham Əliyev – qədim xalqların dostluğunun müasir davamçısı” (Bakı, 2013) adlı böyük həcmli kitabı 2013-cü ildə Çin dilində çap olunmuşdur. Kitab Azərbaycan-Çin münasibətlərinin müasir vəziyyətinə, Prezident İlham Əliyevin ölkəmizin Çin Xalq Respublikası ilə siyasi, diplomatik, iqtisadi və mədəni əlaqələrinin inkişaf etdirməsi fəaliyyətinə həsr olunmuşdur. Şöbədə, eyni zamanda, dövlətimizin fəaliyyətinin müxtəlif aspektləri ilə əlaqədar mühüm materialların Çin dilinə tərcüməsi də həyata keçirilir. Bunların sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki nitqinin R.Abbasov tərəfindən edilmiş tərcüməsini qeyd etmək mümkündür. Eyni müəllifin çinşünas mütəxəssislərin istifadəsi üçün hazırladığı “Azərbaycan-Çin dillərində şəkilli sözlük” (Bakı, 2006) kitabı da çapdan çıxmışdır.

Şöbənin çinşünaslıq sahəsində son araşdırmalarından Ü.Əliyevanın tədqiqat əsərini - “ABŞ-Çin münasibətləri (XXI əsrin əvvəlləri)” - qeyd etmək olar. Bu əsər müasir dövrdə beynəlxalq münasibətlər sistemində dünyanın iki qlobal gücü sayılan və dünya ölkələrinin siyasətinə bilavasitə təsir göstərən Çin Xalq Respublikası ilə Amerika Birləşmiş Ştatlarının ikitərəfli münasibətlərinin öyrənilməsinə həsr edilmişdir. Ü.Əlievanın Amerika-Çin münasibətlərinin ayrı-ayrı probleblemlerindən bəhs edən məqalələri Moskvada, Ukraynada və digər ölkələrin elmi mətbuatında işıq üzü görmüşdür.

Hal-hazırda şöbənin mühüm tədqiqat istiqamətlərindən biri də Mərkəzi Asiyanın türkdilli xalqlarının mədəni və ədəbi ənənələrinin, onların Azərbaycanla çoxəsrlik mədəni əlaqələrinin öyrənilməsidir. Mərkəzi Asiya xalqlarının ədəbiyyatının müxtəlif dövr və mərhələlərinin, tarixi inkişaf yolunun, ədəbi-mədəni əlaqələr sisteminin öyrənilməsi üzrə f.ü.f.d. T.Həşimovanın ciddi araşdırmaları vardır. Azərbaycan-Mərkəzi Asiya poeziya əlaqələrinə həsr olunmuş “Poeziya körpüsü” (Bakı, 2004) kitabı, ədəbi əlaqələr tarixinə, müasir problemlərinə həsr olunmuş 50-yə yaxın məqaləsi ölkəmizdə və onun xaricində çap olunmuşdur. İngilis, rus, qırğız dillərində çap olunan məqalələr əsasən ədəbi əlaqələrin, bədii təsir məsələlərinin müasir problemlərinə həsr olunmuşdur. Tədqiqatçı Türkiyə Respublikası, İran İslam Respublikası, Şimali Kipr Türk Respublikası, Türkmənistan və Qırğızıstan respublikalarında kеçirilən bеynəlхalq elmi tədbirlərdə – forum, qurultay, simpozium, konfranslarda Azərbaycan еlmini layiqincə təmsil еtmiş və hazırda bu uğurlu fəaliyyətini davam etdirir. “Chingiz Aytmatov in Azerbaijan-Kyrgyzstan literary relationship; universal ideas and nationality”, «Совет доорунда жана эгемендик мезгилинде Азербайжан–Кыргызстан адабий байланыштарындагы Айтматовдун көркөм өнөрү жана инсанаты», “Klasik Azer baycan şairi Nizami Gencevi ve onun “Hüsrev ve Şirin” eserinin Özbek Türkçesi`ne çevirisinde dil ve üslup meseleleri”, “Творческие взаимосвязи и параллели: Чингиз Айтматов и Бахтияр Вагабзаде”, “Sovet Birliyi dönəmində Azərbaycan–Mərkəzi Asiya Türk xalqlarının ədəbiyyatında Türk birliyi” və digər mövzularda çox sayda məruzələr etmiş, mükafatlara layiq görülmüşdür.

Şöbənin yeni yaradılmasına və nisbətən az müddətdə fəaiyyət göstərməsinə baxmayaraq əməkdaşlar öz ixtisaslarının artırılması üzərində daim çalışır, peşəkarlıqlarını yüksəldirlər. Belə ki, Ü.Əiyeva tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmiş, T.Həşimova filologiya üzrə elmlər doktoru elmi adı almaq üçün İnstitutun doktoranturasına daxil olmuşdur, gənc mütəxəssis Q.Kazımov İndoneziyada dövlət-din münasibətləri, G.Soltanova isə İslam aləmində qloballaşma probleminin metodoloji aspektləri ilə əlaqədar dissertasiya işi üzərində işləyirlər. Şöbə əməkdaşlarının bilik və təcrübəsinin yüksəlməsi, elmi mübadilənin tənzimlənməsi məqsədilə şöbənin əməkdaşları elmi ezamiyyətlərdə olur və bilik və bacarıqlarını daim təkmilləşdirirlər.

Download Template Joomla 3.0 free theme.