Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
TÜRKİYƏ TARİXİ VƏ İQTİSADİYYATI ŞÖBƏSİ
Azərbaycan türkologiyasının əsas istiqamətlərini Türkiyənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafının mühüm məsələlərinin elmi tədqiqi təşkil etmişdir. Müasir problemlərlə əsaslı sürətdə məşğul olan türkoloq alimlərimiz cumhuriyyət dövrü türk cəmiyyətinin inkişafının bütün sahələrində dərin iz qoymuş Atatürk ideologiyasının və ya “kamalizm” təliminin öyrənilməsinə xüsusi diqqət yetirmiş, onun cumhuriyyətçilik, dünyəvilik (laisizm), dövlətçilik (etatizm), xalqçılıq, millətçilik kimi təməl prinsipləri ilə bağlı problemlərin hərtərəfli araşdırılmasına böyük əmək sərf etmişlər.
Tarix problemlərinə həsr olunmuş tədqiqatlar istər orta əsrlər, istərsə də yaxın tarixi keçmiş və Türkiyə tarixinin ən yeni dövrünü əhatə etmişdir. Tarixçi alimlərimiz Türkiyədə inqilabi və milli-azadlıq hərəkatı, Türkiyə Respublikasında dünyəvilik prinsipinin bərqərar edilməsi, millətçilik ideologiyasının formalaşması, ictimai və bədii-estetik fikrin yaranması, maarif və mədəniyyətin inkişafı, müasir Türkiyədə din və dövlət münasibətləri problemlərinin öyrənilməsinə xüsusi diqqət yetirmişlər.
Türkiyə inqilabı və milli-azadlıq hərəkatı mövzusu üzrə yerinə yetirilmiş və elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş tədqiqatlar içərisində, ilk növbədə, H.Əliyevin “Турциявпериодправлениямладотурок (1908-1918)” (“Türkiyə gənc türklərin hakimiyyəti dövründə (1908-1918)”) (Мoskva, “Наука”, 1972) adlı monoqrafiyası, Y.Bağırovun “Türk xalqının imperialist işğalına və sultanlığa qarşı respublika uğrunda mübarizəsi (1917-1924-cü illər)” adlı tədqiqatı, habelə həmin müəllifin “Türkiyə Lozan konfransında” (Bakı, “Elm”, 1957) kitabı, N.Əfəndiyevanın “БорьбатурецкогонародапротивфранцузскихоккупантовнаюгеАнатолии” (“Anadolunun cənubunda fransız işğalçılarına qarşı türk xalqının mübarizəsi”) (Bakı, “Elm”, 1966) adlı əsəri qeyd olunmalıdır. Türk xalqının antiimperialist mübarizəsi mövzusu İ.Axundovun “СовременнаяТурция: борьбапротивимпериализма” (“Müasir Türkiyə: imperializm əleyhinə mübarizə”) (Bakı, “Elm”, 1977) kitabında, “Müasir Türkiyədə tərəqqipərvər qüvvələrin demokratiya və müstəqillik uğrunda mübarizəsi. 1945-1960-cı illər” tədqiqatında da işıqlandırılmışdır. H.Əliyevin “Türkiyə birinci dünya müharibəsi dövründə” (Bakı, Azərb.SSR EA nəşriyyatı, 1965) kitabında Osmanlı İmperiyasının tam iflası dövründə Türkiyədə daxili vəziyyət və s. məsələlər tədqiq olunmuşdur.
XX əsrdə Türkiyənin ictimai-siyasi inkişafının ideoloji əsaslarının araşdırılması şöbənin mühüm elmi istiqamətlərindən biri olmuşdur. Kamalist dünyəvilik (laisizm) prinsipi, onun mahiyyəti, Türkiyənin dövlət quruluşu, ictimai-siyasi və mədəni həyatının dünyəvi prinsiplər əsasında yenidən qurulması, dünyəvilik və islam dəyərləri və s. problemlər türkoloq alimlərimiz tərəfindən ciddi şəkildə və uğurla öyrənilmiş məsələlərdəndir. Laisizm mövzusunda institutda xüsusi tədqiqatlar yerinə yetirilmişdir: Ş.Tacıbov. “Türkiyə Respublikasında laisizmin bərqərar edilməsi” (1966), E.Həsənova. “ЛаицизмиисламвреспубликанскойТурции” (“Cumhuriyyət dövründə Türkiyədə dünyəvilik və islam”) (Bakı, 2002). E.Həsənovanın gənc türklərin ilk ictimai-siyasi mətbu orqanı olan “Türk yurdu” jurnalının materialları əsasında hazırladığı “ИдеологиябуржуазногонационализмавТурции” (“Türkiyədə burjua millətçiliyi ideologiyası”) (Bakı, “Elm”, 1966) əsərində Türkiyədə 1908-ci il gənc türklər inqilabı dövründə vüsət tapmış millətçilik cərəyanı tədqiq edilmişdir. Türkiyənin ictimai-siyasi fikrində “islam sosializmi” ideyaları eyni müəllifin 1994-cü ildə nəşr etdirdiyi monoqrafiyasında («Идеи «исламскогосоциализма» вобщественно-политическоймыслиТурции») ətraflı təhlil edilmişdir. E.Zamanova Türkiyədə mədəniyyət və incəsənətin inkişafının müxtəlif aspektlərinə həsr olunmuş kitabında (“Влияниемарксистко-ленинскойэстетикинаразвитиепрогрессивнойэстетическоймысливсовременнойТурции”. Баку, “Элм”, 1987) Türkiyədə marksist ictimai bədii-estetik fikrin yaranması və inkişafının başlıca mərhələlərini işıqlandırmışdır.
Şöbə əməkdaşları Türkiyə Respublikası ilə keçmiş SSRİ arasında münasibətlərin öyrənilməsinə də xeyli əmək sərf etmişlər. Bu baxımdan Y.Bağırovun 1965-ci ildə çap olunmuş “Sovet-türk münasibətləri tarixindən” (1920-1922-ci illər) adlı əsəri diqqəti cəlb edir. Başlıca olaraq Azərbaycan SSR materialları əsasında yazılmış bu kitab yeni Türkiyənin varlığının ilk çağlarında Sovet-türk münasibətlərinin tərkib hissəsi kimi Azərbaycan-Türkiyə əlaqələrinin öyrənilməsi sahəsində Sovet tarixşünaslığında edilmiş ilk uğurlu təşəbbüs olmuşdur.
Türkiyənin XX əsrdə xarici ölkələrlə siyasi-diplomatik münasibətləri, daxili siyasi vəziyyəti və digər tarixi problemlərinə dair şöbədə yerinə yetirilmiş tədqiqatlar içərisində aşağıdakıları da qeyd etmək olar: “30-cu illərdə Türkiyə Respublikasının daxili vəziyyəti” (M.Səidov), “İkinci dünya müharibəsi illərində Türkiyə hökumətinin daxili siyasəti” (V.Hüseynov), “60-80-ci illərin əvvəllərində Türkiyənin Yaxın və Orta Şərqdəki siyasətinin əsas istiqamətləri” (S.Məcidova), “ABŞ və Türkiyə: Trumen doktrinasından Atlantik İttifaqına (1947-1952)” (A.Rəsizadə), “İnqilabdan əvvəlki Azərbaycan dövri mətbuatında Türkiyəyə dair materialların qısa şərhli göstəricisi” (Z.Sultanova) və digərləri.
Şöbənin türkoloq alimləri (H.Əliyev, İ.Əlibəyov, F.Şabanov) Moskvada “Nauka” nəşriyyatı tərəfindən 1967-ci ildə nəşr edilmiş “НовейшаяисторияТурции” (“Türkiyənin ən yeni tarixi”) monoqrafiyasının hazırlanmasında fəal iştirak etmişlər. Türkiyə tarixinin müxtəlif məsələləri şərqşünaslarımız tərəfindən hazırlanıb nəşr edilmiş “Türkiyənin tarix məsələləri” toplusunda da (Bakı, “Elm”, 1972) öz əksini tapmışdır. 1988-ci ildə alimlərimizin nəşr etdirdikləri “Müasir Türkiyənin aktual problemləri” məqalələr toplusunda Türkiyənin siyasi, iqtisadi, sosial və mədəni inkişafının bəzi mühüm aspektləri üzrə institutda aparılmış tədqiqatların nəticələri işıqlandırılmışdır.
Müstəqillik illərində də şöbə əməkdaşları Yaxın Şərq bölgəsində yaranmış yeni vəziyyət və Türkiyənin bu sahədə siyasəti ilə əlaqədar tədqiqatlara xüsusi diqqət yetirmişdilər. Belə ki, Y.Məsimov “Səddam rejimi devrildikdən sonra Şimali İraqda etnik münasibətlər və Türkiyənin siyasəti”, A.Məhərrəmzadə “Türkiyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” problemləri üzrə maraqlı tədqiqat işləri aparmışdılar. Türkiyə ilə Azərbaycanın tarixi əlaqələri sahəsində M.Quliyevin “1918-ci ildə Qafqaz-islam ordusunun Naxçıvan əyalətində və Quba qəzasında xilaskarlıq missiyası” mövzusunda son illərdə hazırladığı elmi araşdırması da əhəmiyyətli əsərdir.
İnstitutda yeni dövrdə Türkiyənin ictimai-siyasi inkişafı məsələlərinin hərtərəfli öyrənilməsi sahəsində də xeyli iş görülmüşdür. Burada ilk növbədə F.Şabanovun “ГосударственныйстройиправоваясистемаТурциивпериодТанзимата” (“Tənzimat dövründə Türkiyənin dövlət quruluşu və hüquq sistemi”) (Баку, «Элм», 1967) adlı sanballı tədqiqatı qeyd olunmalıdır. Əsərdə sovet şərqşünaslığında ilk dəfə olaraq XIX əsrin ortalarında Türkiyədə dövlət hakimiyyəti və idarə sisteminin təşkili, tənzimatın hüquqi aktları və institutları hərtərəfli işıqlandırılmışdır.
Orta əsrlər Türkiyə tarixi məsələləri alimlərimizi daim maraqlandıran mövzulardandır. Bu sahədə türkoloq tarixçilərimiz Səlcuq dövrü, bəyliklər dövrü və Osmanlı imperiyası dövrü Anadolu tarixinin müxtəlif aspektlərinin öyrənilməsi sahəsində önəmli nəticələr əldə etmiş və bir sıra dəyərli tədqiqat əsərləri hazırlamışdılar. Bu qəbildən olan əsərlər içərisində R.Hüseynovun “Suriyalı Mixailin “Salnamə”si Ön Asiyada türklərin XI-XII əsrlər tarixinin öyrənilməsinin mənbəyi kimi” və “Səlcuqlar Zaqavqaziyada”, H.Musayevin “İbn-Bibinin “Əl avamir əl-əlaiyyə fil umur əl-əlaiyyə” əsəri Anadolu Səlcuqlarının tarixi üzrə mənbə kimi”, H.Məmmədovun “XVIII əsrin 20-30-cu illərində Azərbaycanda Osmanlı vergi siyasəti”, Ş.Mustafayevin “Ağqoyunludan Osmanlı imperiyasına qədər Şərqi Anadolu” (Мoskva, “Наука”, 1994) (“ВосточнаяАнатолия: отАк-КоюнлукОсманскойимперии”) və həmin müəllifin “Anadolunun türk mühitində etno-siyasi proseslər (XI-XV yüzilliklər)” (Bakı, “Elm”, 2010) adlı tədqiqatları diqqəti cəlb edir.
Azərbaycanın və Cənubi Qafqazın sosial-iqtisadi tarixinin öyrənilməsi üçün mühüm mənbə olaraq Osmanlı təhrir (vergi) dəftərlərinin xüsusi əhəmiyyəti var. Azərbaycan şərqşünaslıq elmində bu istiqamətin başlanması, ilk növbədə, akademik Z.M.Bünyadovun adı ilə bağlıdır. Bu dəftərlərin tədqiqi, tərcüməsi və nəşri son illərdə Şərqşünaslıq İnstitutunun və onun nəzdində Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin əsas elmi istiqamətlərindən birinə çevrilmişdir. Nəşr edilən mühüm mənbələrdən aşağıdakıların adlarını çəkmək lazımdır: “İrəvan əyalətinin icmal dəftəri” (Hazırlayanlar akad. Z.Bünyadov və H.Məmmədov; Bakı, 1996), “Naxçıvan sancağının müfəssəl dəftəri” (Hazırlayanlar akad. Z.Bünyadov və H.Məmmədov; Bakı, 1997), “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” (Hazırlayan H.Məmmədov; Bakı, 2000), “1728-ci il Tiflis əyalətinin müfəssəl dəftəri (Borçalı və Qazax)” (Hazırlayan Ş.Mustafayev; Bakı, 2001), “Lori vilayətinin icmal dəftəri” (Hazırlayan Ş.Mustafayev; Bakı, 2004), “Ərdəbil livasının müfəssəl dəftəri” (Hazırlayan E.Arıklı; Bakı, 2004). Hal-hazırda şöbənin mediyevistləri Ş.Mustafayev, Y.Nəsirova, F.Məmmədova tərəfindən qeyd edilən istiqamətdə bir neçə Osmanlı dəftəri üzərində iş davam edir.
Qarabağ tarixinə aid Osmanlı sənədlərinin tərcüməsi və nəşrə hazırlanması da mühüm elmi iş olaraq Z.Vəliyeva tərəfindən aparılmaqdadır. Son illərdə C.Qasımovun Osmanlı imperiyasında ictimai-siyasi islahatlar layihələri və M.Ənsərlinin dünya türkologiyasının mühüm simaları mövzuları üzərində apardıqları tədqiqat işləri də təqdirə layiqdir. B.Bəşirovanın “Övliya Çələbinin “Səyahətnamə” əsərinin tərcüməsi və tədqiqi”, M.Ənsərlinin “Ə.Zəki Vəlidi Toğan və Türkiyə tarixşünaslığı” şərqşünaslıq elmimizdə müvafiq boşluqları doldurmaq məqsədini izləyir.
Türkiyə iqtisadiyyatının şərqşünas alimlərimiz tərəfindən əhatəli şəkildə tədqiq olunan problemləri sırasında ilk öncə “etatizm” (dövlətçilik yaxud dövlət kapitalizmi) problemi qeyd olunmalıdır. Türkiyənin təsərrüfatçılıq praktikasının başlıca xüsusiyyətlərindən birini təşkil edən etatizm problemi institutda yerinə yetirilmiş bir neçə tədqiqat işinin obyekti olmuşdur. Bunlardan İ.Əlibəyovun “ГосударственныйкапитализмвТурции” (Moskva, “Наука”, 1966) (“Türkiyədə dövlət kapitalizmi”) adlı monoqrafiyasında Türkiyədə ictimai tərəqqinin müxtəlif mərhələlərində dövlətçilik siyasətinin həyata keçirilməsinin forma və metodları, dövlət kapitalının banklar, nəqliyyat və sənaye sahələrində fəaliyyəti, Türkiyənin sosial-iqtisadi inkişafında etatizmin rolu və s. məsələlər ətraflı təhlil olunmuşdur.
İqtisadçı şərqşünas alimlərimiz Türkiyənin hakim siyasi partiyalarının iqtisadi platformaları və iqtisadi siyasətinin öyrənilməsinə ciddi əhəmiyyət verirlər. Bu mövzu “Türkiyədə Cümhuriyyət Xalq Partiyası hökumətinin iqtisadi siyasəti (1923-1939-cu illər)” (Ə.Şirinov), “1980-ci il dövlət çevrilişdən sonra Türkiyə hökumətinin iqtisadi siyasəti” (B.Hacıyev), “Türkiyə Ədalət Partiyası hökumətinin iqtisadi siyasəti (1965-1971)” (T.Qurbanov) adlı tədqiqatlarda öz əksini tapmışdır.
Türkiyə Respublikasının xarici iqtisadi əlaqələri, xüsusilə xarici ticarət və xarici ticarət siyasəti, Türkiyənin sosialist ölkələri və başlıca olaraq SSRİ ilə iqtisadi və texniki əməkdaşlığı məsələləri ətraflı öyrənilmişdir. Bu istiqamətdə aparılmış tədqiqatlar sırasında Ə.Bijenin “Türkiyənin xarici ticarət siyasəti (1920-1980)”, (Bakı, “Elm”, 1987), “Sovet-Türkiyə iqtisadi münasibətləri (1923-1939-cu illər)”, İ.Əlibəyovun “Sovet İttifaqının inkişaf etməkdə olan ölkələrlə iqtisadi-texniki əməkdaşlığı” (Bakı, “Azərnəşr”, 1974) kitabları, K.Səmədovun “İkinci dünya müharibəsindən sonra Türkiyənin xarici ticarəti və xarici ticarət siyasəti” araşdırmaları qeyd edilə bilər.
Alimlərimiz müasir Türkiyənin iqtisadiyyatında xarici kapitalın fəaliyyəti ilə bağlı məsələlərin öyrənilməsinə böyük maraq göstərirlər. Bu mövzuda iki sanballı tədqiqat hazırlanıb çap olunmuşdur: H.Əliyev “Müasir Türkiyədə xarici kapital” (Bakı, Azərb.SSR EA nəşriyyatı, 1962) və İ.Əlibəyov “ИностранныйкапиталвТурции” (Bakı, “Elm”, 2002) (“Türkiyədə xarici sərmayə”).
İnstitutun türkoloqları tərəfindən işlənib tamamlanmış mövzular içərisində “Türkiyədə şəhərləşmənin sosial-iqtisadi problemləri” (B.Bəşirova), “Türkiyədə regional inkişaf və regional planlaşdırma” (A.Kərimov), “Türkiyə Respublikasında sənaye kadrlarının hazırlanması problemi” (G.Əlibəyova) tədqiqatları da vardır.
Müasir türk iqtisadiyyatının müxtəlif məsələləri alimlərimiz tərəfindən hazırlanmış topluda “İran və Türkiyənin iqtisadi inkişafı” (“ВопросыэкономическогоразвитияИранаиТурции”) toplusunun iki buraxılışında öz əksini tapmışdır (I buraxılış – Bakı, “Elm”, 1978. II buraxılış – Bakı, “Elm”, 1988).
Türkiyənin iqtisadi inkişaf problemləri ilə əlaqədar elmi araşdırmalar son illərdə də şöbə əməkdaşları tərəfindən davam etdirilmişdir. Bu sahədə İ.Əlibəyovun “Türkiyə iqtisadiyyatının dövlət sektorunda bazar islahatları”, A.Şimiyevanın “Müasir Türkiyənin xarici iqtisadi siyasəti (1980-ci ildən müasir dövrədək)”, N.Məmmədovun “Müasir Türkiyənin neft problemi” adlı monoqrafik tədqiqatlarını qeyd etmək lazımdır.
Ümumiyyətlə, türkoloqlarımızın son illərdəki araşdırmalarının tematikası müxtəlif mövzuları əhatə edir. Bu sıraya Osmanlı dövründə Anadolunun tarixi inkişafı, Türkiyə, Azərbaycan və Orta Asiya respublikaları arasındakı münasibətlər, Türkiyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iqtisadiyyatın dövlət tənzimlənməsinin Türkiyə təcrübəsi, Türkiyə iqtisadiyyatının dövlət bölməsində bazar islahatları və sairə bu kimi problemlər daxildir.
Şərqşünas mütəxəssislərimiz tərəfindən Türkiyənin tarixinə və iqtisadiyyatına dair yuxarıda qeyd olunanlarla yanaşı ölkə daxilində və xaricdə onlarla monoqrafiya və kitab, müxtəlif mətbu orqanlarda 400-dən artıq müxtəlif həcmli elmi məqalə və digər yazılar nəşr olunmuşdur. Alimlərimizin bir sıra işlərinin nəticələri məruzə şəklində müxtəlif beynəlxalq elmi toplantılarda dinlənilmiş, onların materiallarında çap olunmuşdur.