Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA Humanitar və İctimai Elmlər Bölmələri və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş
“Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda Beynəlxalq elmi konfrans
ELAN
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 yanvar 2024-cü il tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinin qeyd olunması haqqında Sərəncam imzalamışdır.
Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Şərq ədəbiyyatına mühüm təsir göstərən qüdrətli şair və mütəfəkkirdir. Onun ülvi ideyalarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Füzulinin 500 illik yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə qeyd edilməsi milli-mədəni dəyərlərin və klassik ədəbi irsin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Üç dildə müxtəlif mövzu və janrlarda kamil sənət nümunələri yaradaraq Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatının ən böyük nailiyyətlərini bədii şəkildə ümumiləşdirən Məhəmməd Füzuli ümummüsəlman mədəniyyətinin müştərək yetirməsi və qanuni varisi kimi yüksəlmişdir. Füzuli yaradıcılığının geniş tarixi və coğrafi miqyası böyük təsir qüvvəsinə malikdir.
AMEA Humanitar və İctimai Elmlər Bölmələri və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə 15-16 aprel 2024-cü il tarixində görkəmli şairin 530 illik yubileyinə həsr olunmuş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” adlı Beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfransın Təşkilat Komitəsi konfransda iştirak üçün tezis qəbulunu elan edir. “Cəmii-lisanə qadir” Füzulinin poetik irsi və ədəbi məktəbinin tədqiqinə həsr olunmuş mövzuları əhatə edən məruzələrin tezisləri konfransda iştirak üçün təqdim oluna bilər.
Tezislərin qəbuluna dair tələblər:
· Tezislər Azərbaycan, türk, ərəb, ingilis və ya rus dilində yazılmalıdır;
· Tezislərin mətni A4 formatda, 14 ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
· Tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir;
· Tezisin həcmi 400 sözdən az, 500 sözdən çox olmamalıdır;
· Məruzə tezisində tədqiq olunan mövzu və gəlinən nəticələr aydın şəkildə göstərilməlidir.
Tezislərin qəbulunun son tarixi: 25 mart 2024-cü il
Qəbul olunan tezislərin elanı: 30 mart 2024-cü il
Qeyd: Konfransda iştirak etməyən müəlliflərin tezisləri çap olunmayacaq.
Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq
Əlaqə telefonu: +994 55 392 96 41