Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslığın tarixi və nəzəriyyəsi şöbəsinin əməkdaşı Aynurə Məmmədovanın “Şərq və Qərbin mədəni inkişaf xüsusiyyətləri” adlı məqaləsi Türkiyədə “Milli Kültür Araşdırmalar Dərgisi”ndə çap olunub.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlünün "Məhəmməd Füzulinin "eşq" konsepsiyasında fəlsəfi və irfani məqamlar (ərəbcə şeirləri əsasında)" adlı məqaləsi Birləşmiş Ərəb Əmirliklərinin Şarja Kitab Palatasının mətbu orqanı olan nüfuzlu "الناشر الاسبوعي" (Publishers Weekly Arabic) jurnalında dərc olunub.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Roida Rzayevanın “Şəbəkə sosiallığı və rəqəmsal reallıq diskursunda yeni media” məqaləsi nüfuzlu beynəlxalq “Elektrik sistemlər jurnalı”nda dərc olunub.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlı və Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaxşıxanım Nəsirova iyulun 27-29-da Türkiyənin Yalova şəhərində «Prof.Dr.Halil İnalcıkın mirası: Osmanlı dövlətinin qurulmasından Cümhuriyyət Türkiyəsinə» adlı Beynəlxalq Tarix Araşdırmaları Simpoziumunda iştirak ediblər. Simpoziumda G.Qafqazlı «XVIII əsrdə Osmanlı hakimiyyətindəki Marağa və Soyuqbulaq şəhərlərinin iqtisadi vəziyyəti», Y.Nəsirova isə «Salmas şəhərinin sosial-siyasi vəziyyəti Osmanlı arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri» adlı məruzələrlə çıxış ediblər.