Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

MƏNBƏŞÜNASLIQ VƏ YAZILI ABİDƏLƏRİN TƏDQİQİ VƏ NƏŞRİ ŞÖBƏSİ

 

Şöbə Şərq xalqlarının yazılı abidələrinin öyrənilməsi, tərcüməsi və nəşri sahəsində ciddi və məqsədyönlü tədqiqat işlərini həyata keçirir. Şöbədə mətnşünaslıq sahəsində fundamental işlərin həyata keçirilməsi akademik Ə.Ə.Əlizadənin adı ilə bağlıdır.

1958-ci ildə yaranmış Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda “Mətnşünaslıq və mənbələrin nəşri” şöbəsində akademik Ə.Ə.Əlizadənin uzunmüddətli rəhbəriyi Şərq ədəbi abidələri, xüsusən farsdilli abidələrin nəşrində yeni dövr yaratmışdır. Bu dövrdə orta əsrlər müəlliflərinin əsərlərinin elmi-tənqidi mətnləri nəşrə hazırlanmışdır. Onların arasında otra əsrlər tarixi ədəbiyyatın ən görkəmli əsərlərindən biri Fəzlullah Rəşidəddinin “Cami ət-təvarx”i mühüm yer tutur. Bu əsərin II cildinin I hissəsi və üçüncü cildi bilavasitə Ə.Ə.Əlizadə tərəfindən, I cildin I hissəsi isə onun başqa müəlliflərlə birgə fəaliyyəti nəticəsində hazırlanmış və nəşr edilmişdir.

Akademik Ə.Əlizadə Məhəmməd ibn Hinduşah Naxçıvaninin “Dəstur əl-katib fi-təyin əlməratib” əsərinin elmi-tənqidi mətninin hazırlanmasında fəal iştirak etmişdir. 1977-ci ildə “Dəstur əl-katib”in mətninin hazırlanmasına görə o, Az.SSR-nin dövlət mükafatı ilə təltif olunumuşdur.

Şöbə əməkadşları tərəfindən çoxlu sayda digər qiymətli orta əsrlər farsdilli mənbələri tərcümə edilmiş və nəşrə hazırlanmışdır. Onların sırasına Azərbaycan tarixçisi Bəkr əl-Kutbi əl-Əhərinin “Tarixe-şeyx Uveys” əsəri həm Azərbaycan, həm də rus dillərinə Şöbədə tərcümə olunmuş tarixi xarakterli farsdilli mənbələrə daha bir böyük əsər daxildir. Bu Əbdi bəy Şirazinin “Təkmilat əl-əxbar” əsəridir. Həmin əsər 1570-ci ildə Ərdəbildə yazılmış və dünyanın yaranmasından 1570-ci ilə qədər baş verən hadisələrin təsvirini əhatə edir. Əsərin tərcüməçisi və müqəddimə ilə şərhlərin müəllifi f.ü.f.d. Ə.R.Rəhimovdur.

Şöbədə həmçinin türkdilli tarixi mənbələrin tərcüməsi fəal surətdə həyata keçirilir. Xüsusilə akademik Z.M.Büynadov və t.ü.f.d. H.Məmmədovun səyləri nəticəsində, İrəvan əyalətinin icmal dəftəri, Naxçıvan sancağının və Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftərləri araşdırma, qeyd və şərhlərlə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmişdir. Hazırda bu istiqamətdə araşdırmalar AMEA-nın müxbir üzvü. Ş.Mustafayev tərəfindən işlərinə davam etdirilir. Məsələn, “Tiflis əyalətinin müfəssəl dəftəri” və “Lori vilayətinin icmal dəftəri” Osmanlı türkcəsindən Azərbaycan dilinə onun tərəfindən tərcümə olunaraq çap etdirimişdir.

İnstitutun dissertantı E.Arıklı tərəfindən “Ərdəbil livasının müfəssəl dəftəri”nin nəşr edilməsi bu istiqamətin İnstitutda uğurla aparılmasını bir daha təsdiq edir.

Şərqşünaslıq İnstitutunun alimləri tənqidi mətnlərin hazırlanması və tarixi mənbələrin tərcüməsi ilə yanaşı Şərq xalqlarının ədəbi abidələrinin tədqiqi üzrə də çox böyük və ciddi tədqiqatlar aparmışlar. Orta əsrlər dövrünə aid Şərq ədəbiyyatı dühalarının çoxsaylı əsərləri şərqşünas mütəxəssislərin səyi nəticəsində öyrənilmiş, tərcümə olunmuş və çapa hazırlanmışdır. Bu əsərlər arasında dahi Nizami Gəncəvinin “Xəmsə”si mühüm yer tutur. “Xəmsə” mətnlərinin üçünün – “Məxzən-ül-əsrar”, “Həft peykər” və “Şərəfnamə”nin mətnləri Şərqşünaslıq İnstitutunun elmi işçiləri tərəfindən tərtib olunmuşdur.

Məlumdur ki, Nizaminin “Xəmsə”sindən sonra bu əsər əsasında Şərqin müxtəlif bölgələrində və müxtəlif dillərdə bir neçə yüz əsər yaradılmışdır. Onların müəllifləri arasında Əmir Xosrov Dəhləvi, Xacə Kirmani, Əlişir Nəvai, Abdullah Hatifi, Əbdürrəhman də daxildir. Bu əsər hə M.D.Kazımov və V.R.Piriyev tərəfindən Leyden Universiteti kitabxanasında saxlanan yeganə əlyazma nüsxəsi əsasında tərcümə olunmuşdur. Həmin müəlliflər tərəfindən XIV əsrin tarixi hadisələrinə həsr olunmuş Azərbaycan və qonşu ölkələrlə bağlı olan daha iki əlyazması tərcümə edilmişdir. Bunlar orta əsrlər tarixçisi, coğrafiyaşünası və dövlət xadimi Həmdullah Mustovfi Qəzvininin “Zeyle-tarixi-qozide” və onun oğlu Zeynəddinin “Zeyle-tarixe-qozide” əsərləridir.

Cami, Məhəmməd Füzuli kimi şairlərin adını çəkmək olar. Misal üçün, f.ü.e.d. T.A.Məhərrəmov Hindistanın farsdilli ədəbiyyatının banisi Əmir Xosrovun “Məcnun və Leyli” və “Mətləülənvar” poemalarının səkkizdən artıq əlyazmasından istifadə edərək elmitənqidi mətnini tərtib edib çap etdirmişdir.

T.A.Məhərrəmov XIV əsr məşhur Azərbaycan şairi Əşrəf Marağayinin “Xəmsə”sinin tam elmi-tənqidi mətnini də çapa hazırlamış və bu müəllifin həyat və yatadıcılığı haqda kitab yazmışdır.

Əşrəf Marağayinin müasiri, Nizaminin “Xəmsə”sinə nəzirə olaraq beş poema yaradan digər məşhur Azərbaycan şairi Cəmali Təbrizi olmuşdur. Cəmali Təbrizinin “Xəmsə”sinin yeganə əlyazma nüsxəsi Londonun “İndia ofis” kitabxanasında saxlanılır. Şairin poemalarından birinin – “Həft övrəng”in mətni M.D.Kazımovun “Cəmali Təbrizinin yaradıcılıq irsi” monoqrafiyasında verilmişdir.

Nizami ardıcıllarının əsərlərinin çap olunmasında məhsuldar işi Ə.Q.Rəhi mov həyata keçirmişdir. O, uzun müd dət XVI əsr farsdilli Azərbaycan şairi Əbdi bəy Şirazinin yaradıcılığı ilə məşğul olmuşdur. Bu işin nəticəsi olaraq Əbdi bəy Şirazinin on poeması nəşr edilmişdir.

Ə.Rəhimov həm də XIV əsr farsdilli ədəbiyyatının tədqiqi üçün böyük əhəmiyyətə malik olan Azərbaycan şairi Bədr Şirvaninin “Divan”ını nəşr etdirmişdir.

Farsdilli klassiklərin tərcüməsi sahəsində maraqlı işi f.ü.e.d. Ə.Cəfər görmüşdür. O ilk dəfə olaraq orijinalın poetik vəznini saxlamaqla Ömər Xəyyamın rübailərini Azərbaycan dilinə tərcümə etmişdir.

Yazılı mənbələrin tərcüməsi Şərqşünaslıq İnstitutunda tarix, ədəbiyyat, fəlsəfə, coğrafiya, dilçilik və s. sahələri əhatə edir. Mənbələrin böyük bir qismi, o cümlədən sufi abidələri ilk dəfə olaraq orijinaldan tərcümə olunmuşdur. Məsələn, 2001-ci ildə XI-XIII əsrlər ərzində yaradılmış və farsdilli sufi nəsrinə aid olan üç əsər şərhlərlə çap olunmuşdur. Abdullah Ənsarinin “Minacat”ı, Nəcməddin Razinin “Eşq və əql” risaləsi və Fəxrəddin İraqinin “Ləməat”ı M.D.Kazımov tərəfindən tərcümə olunaraq, onlara geniş ön söz və şərhlər yazılmışdır.

Orta əsrlər Azərbaycan fəlsəfəsi üzrə qiymətli abidə XVI-XVII əsr şairi və mütəfəkkiri Yusif N.Qarabağinin “Həft cinan” əsəridir. Onun şərhli tərcüməsi Sankt-Peterburqun Saltıkov-Şedrin adına kitabxanasında qorunan əlyazma nüsxəsi əsasında M.Məhəmmədi tərəfindən həyata keçirilmişdir.

XI əsrdə Nasir Xosrovun yaratdığı “Səfərnamə” əsəri özündə tarixi, coğrafi, dini, ədəbi qaynaqları cəmləşdirən Şərqin ilk nəsr abidələrindən və maraqlı mənbələrdən biri hesab oluna bilər. Bu əsər müəllifin Əfqanıstan, Orta Asiya, İraq, Azərbaycan, Kiçik Asiya və Ərəb ölkələrinə yeddiillik səfərlərinin nəticəsi olmuşdur.  “Səfərnamə” tarixi şəxsiyyətlər, dövlət xadimləri, alimlər, şairlər, həmçinin Asiya və Afrika qitəsində yaşayan xalqların məişəti, mənəviyyatı, adət-ənənləri, din, dil və mədəniyyəti, eləcə də memarlıq, təbiət haqqında təfsilatlı və etibarlı məlumatlarla zəngin bir mənbədir. “Səfərnamə”ni Azərbaycan dilinə T.A.Məhərrəmov tərcümə etmişdir.

Şərqşünaslıq İnstitutunun elmi fəaliyyətinin zənginləşməsində mənbəşünaslıq sahəsində çalışan dilçi alimlərin elmi işləri mühüm rol oynamışdır. Belə ki, f.ü.f.d. C.Sadıqova və f.ü.f.d. T. Ələsgərova tərəfindən Fəxrəddin Hinduşah Naxçıvaninin “əs-Sihah əl-əcəmiyyə” adlı fars-türk lüğətinin elmi-tənqidi mətni çap olunmuşdur. “Əs-Sihah əl-əcəmiyyə” 1994-cü ildə H.Z.Tağıyev mükafatına layiq görülmüşdür.

XIII əsr istedadlı Azərbaycan şairi Hüsaməddin Xoyi tərəfindən Azərbaycan dilində nəzmə çəkilən, lakin əsrlərlə itkin hesab edilən və uzun axtarışlardan sonra əlyazması əldə edilən “Töhfeyi-Hüsam” dilimizin nadir incisi kimi türkologiya tarixinə yeni bir töhfədir. Bu mənzum lüğətin elmi-tənqidi mətni Qahirənin “Dar əl-kutub” kitabxanasından və Berlindən gətirilən əlyazma nüsxələri əsasında adları yuxarıda çəkilən əməkdaşlar tərəfindən hazırlanmış və 1996-cı ildə çap olunmuşdur.

Şöbə müdiri f.ü.e.d., prof. M.D.Kazımov orta əsrlər farsdilli ədəbiyyat, müqayisəli ədəbiy yatşünaslıq, tarixşünaslıq, mənbəşünaslıq sahələrində tanınmış və aparıcı mütəxəssislərdəndir. Orta ərslər yaradıcılıq üslubunun, normativlik və yaradıcılıq fərdiyyəti nisbətinin, şərq ədəbiyyatlarının janr sisteminin, poetikanın fundamental problemlərinin araşdırılmasında onun xidmətləri təqdirəlayiqdir. O, nəinki İranın, eləcə də Azərbaycan, Hindistan, Əfqanıstan və başqa ölkələrin şair və mütəfəkkirlərinin yaradıcılığının tədqiqi ilə məşğul olmuşdur. Camali Təbrizi, Ruhuləmin Şəhristani, Əhməd Dehdar və başqalarının adı və əsərləri ilk dəfə elmi ictimaiyyətə məhz onun tərəfindən tanıtdırılmışdır.

Müqayisəli ədəbiyyatşünaslıq sahəsində farsdilli ədəbiyyatın bir sıra janr formalarının tipologiyasının aşkarlanmasında prof. M.D.Kazımovun səyləri az olmamışdır. Bununla belə ədəbiyyatların qarşılıqlı təsiri və əlaqələri, bir şairin bütöv bir dövrə və sonrakı şairlərin yaradıcılığına təsiri məsələləri də nəzərdən keçirilmişdir. M.D.Kazımov həmçinin bir sıra məşhur süjetlərin mənbəini araşdırıb, bədii vasitələrin istifadəsində, eləcə də müəlliflərin şəxsi üslublarında oxşar və fərqli cəhətləri müəyyənləşdirmişdir.

Nizamişünaslıq problemləri prof.M.D.Kazımovun xüsusi elmi maraq dairəsini təşkil edir. Böyük Azərbaycan şairi Nizaminin, eləcə də onun çoxsaylı müaqiblərinin yaradıcılığı alim tərəfindən tədqiq edilmişdir. Şərq ədəbiyyatı və mədəniyyətində Nizaminin rolu tarixi və bədii nöqteyi nəzərdən araşdırılır. Nizami poetik məktəbinin məsələləri xüsusi qeyd olunmuş, nəzirə kimi hadisənin məziyyətləri, onun bədii-estetik və fəlsəfi əsasları öyrənilmişdir.

M.D.Kazımov 11 kitab və 120-dən çox məqalənin müəllifidir. M.D.Kazımovun “Nizaminin “Həft petkəri”i və XIV-XVI əsrlərin farsdilli ədəbiyyatda nəzirə ənənəsi”, “Nizaminin ardıcılları”, “Camali Təbrizinin poetik irsi”, “Farsdilli ədəbiyyatın yeddi əsri” adlı kitabların göstərmək olar.

F.ü.f.d. L.Q.Əliyeva “İmad əd-Din əl-İsfahaninin “Xəridətü-l-qasr va cəridətü-l-asr” əsəri XI əsrin sonu - XII əsr ərəb-müsəlman mədəniyyətinin abidəsi kimi” adlı monoqrafiyanın, Qadə əs-Səmmanın “Beyrutda dəniz yoxdur” məqalələr toplusunun və İbrahim Sidqinin hekayələr toplusunun tərcüməsinin müəllifidir. Rumıniyada, Macarıstanda, Türkiyədə

keçirilən beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmiş, 30-dan artıq məqaləsi çap olunmuşdur. Hazırda “Ərəb müqavimət ədəbiyyatı və onun ideya-məzmun xüsusyyətləri” adlı doktorluq işi üzərində çalışır. “Şərq filologiyası məsələləri” toplusunun məsul katibidir.

F.ü.f.d. A.Ə.Əlizadə iki cildlik “Ərəbcə-aəzrbaycanca” lüğətin müəllifidir. Eyni zamanda “Fəridəddin Əttarın “Təzkirətül-övlya” əsəri farsdilli sufi ədəbiyyatının mənbəyi kimi” monoqrafiyasının müəllifidir. Bundan əlavə bir neçə kitabı, Məhəmməd Sadiq Sədrin “İmam Mehdi” (3 cilddə) və Fəridəddin Əttarın “Təzkirətül-övliya” əsərini tərcümə etmişdir. 30-dan çox məqalənin müəllifidir. İranda və Türkiyədə keçirilən beynəlxalq elmi konfranslarda məqalə ilə çıxış etmişdir.

Kiçik elmi işçi İ.T.Qasımlı XV əsrdə yaşayıb-yaratmış Əli ibn Hüseyn əl-Amasi Əlaəddin Çələbinin “Taci-Ədəb” əsəri üzərində tədqiqat işi aparmışdır. Həmin əsərin transfonelitarasiyasını və müasir Azərbaycan türkcəsinə tərcüməsini etmişdir. Bu əsər əsasında həm “Türk mənşəli sözlər”, həm də “Ərəb-fars mənşəli sözlər” lüğətini hazırlamışdır. Tədqiqat işi çap olunmuşdur. İ.T.Qasımlı 10 məqalə, 5 tezisin müəllifidir. Hazırda böyük türk mütəfəkkiri XIV əsrin tanınmış şair və ədəbi Aşıq Paşanın 12 000 beytlik “Qəibnamə” əsərinin əlyazmaları üzərində araşdırma aparır.

Kiçik elmi işçi L.M.Hüseynova Əbu Mənsur əs-Səalibinin “Yətimətud-dəhr” antologiyasi üzərində tədqiqat işi aparır. 2007-ci ildə “Əbu Mənsur əs-Səalibinin “Yətimətuddəhr” antologiyasi X-XI əsrlər ərəbdilli Azərbaycan və İran şairlərinin mənbəyi kimi” L.M.Hüseynovanın dissertasiya mövzusu olaraq təsdiq edilmişdir. Bu günədək 10 məqalə və 7 tezisin müəllifidir.

Kiçik elmi işçi P.E.Ağayev İmadəddin İsfahanin “Xəridətu-l-qasr və cəridətu-l-asr” kitabının tərcüməsi ilə məşğuldur. Müxtəlif mövzular üzrə 8 məqalə və 2 tezisin müəllifi, həmçinin 3 Beynəlxalq konfransın iştirakçısıdır.

Download Template Joomla 3.0 free theme.