Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

18 Mart 2024

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün seminarlar davam edir.

Martın 18-də keçirilən növbəti seminar “Atatürk dövründə İran-Türkiyə münasibətləri” mövzusunda olub. Tədbiri idarə edən institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü sözü Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblıya verib.

18 Mart 2024

Bu günlərdə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda qonaq olaraq institutun rəhbərliyi və kollektivi ilə görüşmüş, həmçinin “Rusiyada İslam tarixi” kitabını təqdim etmiş Rusiya Müsəlmanları Ruhani Məclisinin sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, ilahiyyat elmləri doktoru, professor Damir Muhetdinov Bakıdan xoş təəssüratlarla ayrılıb. Professor D.Mühetdinov Şərqşünaslıq İnstitutunda keçirilən görüşdə göstərilən münasibətə görə təşəkkürlərini AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevaya ünvanladığı məktubunda bildirib.

18 Mart 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Livan İslam İnstututu, Livan İnnovasiyalar Assosiasiyası, İnkişaf Akademiyası və İKSAD İnstitutunun birgə təşkilatçılığı ilə martın 13-15-də Beyrutda keçirilən “Orta Şərq IX Beynəlxalq Modern Elmi Araşdırmalar Konfransı”nda “Əsrlərin dərinliyindən boy verən “Assuriya ağacı” adlı məruzə ilə iştirak edib.

18 Mart 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Rusiyanın Moskva İslam İnstitutu ilə əməkdaşlığın əsasını qoyub. Bu məqsədlə tərəflər arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Memorandumu AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və Moskva İslam İnstitutunun rektoru, professor Damir Muhetdinov imzalayıblar.

Download Template Joomla 3.0 free theme.