Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

10 İyul 2019

İyulun 11-12-də Bakıda keçiriləcək “İslam sivilizasiyası Qafqazda” ikinci beynəlxalq simpoziumunun bölmə iclaslarına Türkiyənin “İzmir Katip Çelebi” Universitetinin rektoru, professor Saffet Köse, Rusiyanın Moskva İslam İnstitutunun rektoru, professor Damir Muxetdinov, Bolqar İslam Akademiyasının rektoru Daniyar Abdrəhmanov, Rusiya İslam İnstitutunun rektoru Rafiq Muxametşin, Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru, professor Şuhrat Yovkoçev, Rus-Ərəb Tədqiqatları və İnformasiya Fondunun direktoru Məcid Əbdüləziz əl-Turki moderatorluq edəcəklər.

09 İyul 2019

İyulun 11-12-də Azərbaycan İlahiyyat İnstitutu, (Aİİ) İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı keçiriləcək “İslam sivilizasiyası Qafqazda” ikinci beynəlxalq simpoziumunda 100-dən çox iştirakçı məruzə edəcək.

Məruzələr “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, “Qafqazda İslamın yayılması”, “Qafqazda multikulturalizm”, “İslam sivilizasiyası Qafqazda araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” panellərində dinləniləcək.

08 İyul 2019

İyulun 11-12-də Azərbaycan İlahiyyat İnstitutu, (Aİİ) İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə “İslam sivilizasiyası Qafqazda” ikinci beynəlxalq simpoziumu keçiriləcək.

Simpoziumun keçirilməsində məqsəd Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılmasıdır. Eyni zamanda, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitinin dünyaya tanıdılmasıdır.

08 İyul 2019

İyulun 8-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə çıxış edən İnstitutun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxçəliyeva bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının taleyində böyük rol oynayan, hətta bir çox cəhətdən onu müəyyənləşdirən dahi şəxsiyyətdir. Ulu öndərin 50 il öncə hakimiyyətə gəlişindən söz açan G.Baxşəliyeva Heydər Əliyevin Azərbaycan SSR KP MK-nın birinci katibi seçiləndən dərhal sonra qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdiyini, kadrlara qarşı tələbkarlığın, tapşırılan iş üçün məsuliyyətin artırıldığını qeyd edib. O, Heydər Əliyevin respublikanın sosial-iqtisadi və mədəni inkişafı, ittifaq miqyasında nüfuzunun və çəkisinin artması istiqamətində göstərdiyi böyük, titanik fəaliyyətindən danışıb. G.Baxşəliyeva ötən əsrin 70-80-ci illərini Azərbaycanın sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi səciyyələndirib. Bu illərdə respublikamızın sosial-iqtisadi tərəqqisi yolunda əsl dönüş yarandığını, bu dövrdə kənd təsərrüfatının, sənayenin dinamik inkişafını, geniş sosial-mədəni quruculuq proqramı həyata keçirildiyini qeyd edib və həmin illərdə yaradılmış iqtisadi, elmi-texniki və mədəni potensialın gələcəkdə respublikanın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratdığını bildirib.

G.Baxşəliyeva Heydər Əliyevin 1982 ildə Sov. İKP MK Siyasi Bürosuna üzv və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsindən sonra bu imkanlardan da Azərbaycanın inkişafı naminə istifadə etdiyini və bütövlükdə 1969-87 illərin Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr kimi daxil olduğunu qeyd edib.

Download Template Joomla 3.0 free theme.