Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Martın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Mart - Elm Gününə həsr olunan yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva ölkədə elmə dövlət qayğısından danışaraq, Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə respublikada Elm Gününün təsis edilməsinin bu diqqətin bariz nümunəsi olduğunu vurğuladı.
Martın 14-də Mərakeş Krallığının paytaxtı Rabatda İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) Konfransının 14-cü iclasi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı Milli Məclisin İƏT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva, parlamentin əməkdaşı Emin Məmmədov təmsil ediblər.
Konfrans çərçivəsində “Xocalı qırğını qurbanlarının xatirəsinin yad edilməsinə dair” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüz etməsinə dair” qətnamə layihələri qəbul edilib.
Martın 11-14-də Mərakeş Krallığının paytaxtı Rabatda İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) Konfransının 14-cü sessiyası keçiriləcək. Tədbirdə ölkəmizi Azərbaycanı Milli Məclisin İƏT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva təmsil edəcək.
Bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd edilir. Prezident İlham Əliyevin şairin yubileyi münasibətilə imzaladığı Sərəncama əsasən 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub. Dövlətimizin başçısı, həmçinin 2018-ci il noyabrın 15-də “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Azərbaycan və dünya ədəbiyyatının böyük nümayəndələrindən biri olan Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ölkə rəhbərliyinin milli mədəniyyətə və incəsənətə həssas münasibətinin göstəricisidir. Görkəmli mütəfəkkirin yubileyinin yüksək səviyyədə qeyd olunması üçün ölkənin müxtəlif ali və orta təhsil müəssisələrində, elm və mədəniyyət ocaqlarında tədbirlər planı təsdiqlənib.
Bununla bağlı AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyevanın “Seyid İmadəddin Nəsimi: portretdən cizgilər” sərlövhəli məqaləsini təqdim edir.