Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

20 Sentyabr 2017

Sentyabrın 22-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Cənubi Azərbaycanşünas alim Əkrəm Rəhimlinin 85 illik yubileyi ilə əlaqədar elmi sessiya keçiriləcək.

20 Sentyabr 2017

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi doktor Səid əl-Qidəm sentyabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Səid əl-Qidəm Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva ilə görüşüb.

19 Sentyabr 2017

Sentyabrın 19-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günüdür.

Bu münasibətlə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi II Fəxri xiyabanda professor A.İmanquliyevanın məzarını ziyarət edib, alimin məzarı önünə əklil qoyublar.

13 Sentyabr 2017

  

Şəxsiyyətin meydana gəlib formalaşmasında tarixi şərait əsas zəmin rolunu oynayır. Bu zəmin yarandığı zaman elmi özlərinə həyat amalı seçənlər, xalqın mənafeyini şəxsi maraqlarından üstün tutanlar, millətinə, torpağına qəlbən bağlananlar, onu irəli aparmaq istəyənlər həyatları bahasına olsa belə tarix yazırlar. Bu insanlar hamı tərəfindən sevilir, böyük hörmət sahibinə çevrilir, əsl ziyalı vəzifəsini son dərəcə məsuliyyətlə yerinə yetirirlər. Azərbaycan elminin görkəmli nümayəndəsi, yüksək intellekt sahibi, təcrübəli tədqiqatçı, prinsipial mövqeyi, dərin məntiqi və özünəməxsus  dəst-xətti ilə tanınan əməkdar elm xadimiƏkrəm Rəhim oğlu Bije məhz belə alimlərimizdəndir. Onun bu həyatda tutduğu yol xalqa sədaqətlə xidmət etmək, gənc nəslə elmin sirlərini öyrətmək, özündən sonra tarixin səhifəsinə çevriləcək qiymətli əsərlər yazmaq, mənəvi dəyərləri maddiyyatdan üstün tutmaq yoludur.

 

Download Template Joomla 3.0 free theme.