Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

03 Aprel 2019

Aprelin 8-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş seminar keçiriləcək. Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva “Nəsiminin söz sənətinin özəllikləri” mövzusunda mühazirə deyəcək.

Seminar saat 12:00-da başlanacaq.

03 Aprel 2019

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sədaqət Qasımlının “Türkiyə ədəbiyyatında yeni hekayəçilik” adlı kitabı çapdan çıxıb.

Kitabda Türkiyə ədəbiyyatında yeni hekayəçiliyin inkişaf mərhələlərindən və bu inkişafa böyük xidmətlər göstərən türk ədəbiyyatının görkəmli hekayəçilərinin həyat və yaradıcılığından söhbət açılır.

01 Aprel 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı: keçmişdə və müasir dövrdə” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbiri açan rektor Ceyhun Məmmədov ermənilərin azərbaycanlılara qarşı bütün dövrlərdə törətdikləri soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi qiymət verildiyini, martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini deyib. Rektor bildirib ki, ali təhsil müəssisəsi gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, milli-mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər, görüşlər, dəyirmi masalar təşkil edir.

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İranın tarixi və iqtisadiyyatı şöbəsinin baş elmi işçisi, professor Solmaz Rüstəmova Tohidi “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı” mövzusunda məruzə ilə çıxış edib.

01 Aprel 2019

1918-ci il XX əsr Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi tarixində ən əlamətdar və əhəmiyyətli bir zaman kəsiyidir.

Belə ki, Azərbaycan ziyalılarının böyük bir nəslinin Azərbaycan dövlətçiliyinin yaranması yolunda  XIX əsrin sonları - XX əsrin əvvəllərində başladıqları nəhəng və çətin bir  proses  28 may 1918-ci il tarixində müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi  ilə özünün məntiqi,  qanunauyğun həllini tapmışdır.   

Download Template Joomla 3.0 free theme.