Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

22 Fevral 2019

1.     AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” toplusuna məqalələr Azərbaycan və rus dillərində çap şəklində, elektron daşıyıcıda və email vasitəsilə ( This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ) qəbul edilir.

20 Fevral 2019

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan xalqına qarşı ötən əsrin müxtəlif dövrlərində həyata keçirilən soyqırım aktları ilə bağlı yeni faktların üzə çıxarılması, bu hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyətli işlər görülür. Arazın hər iki tayında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında İnstitutun əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların, hazırladıqları və ya tərcümə etdikləri kitabların mühüm rolu var. Bu sahədə İnstitutda indiyədək 30-a yaxın kitab nəşr etdirilib. Erməni qəsbkarlarının son dövrlərdə Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərlə bağlı ərəb və fars dillərində yeni bir neçə nəşr işıq üzü görüb.

13 Fevral 2019

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda XVI-XVII əsrlər farsdilli ədəbiyyata aid kitab işıq üzü görüb. Rus dilində nəşr olunan “Персоязычная поэзия XVI-XVII веков” («XVI-XVII əsrlərdə farsdilli poeziya») adlı əsərin müəllifi Şərqşünaslıq İnstitutunun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımovdur.

07 Fevral 2019

Səudiyyə Ərəbistanının Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə xidmət üzrə Beynəlxalq Mərkəzinin nümayəndə heyəti fevralın 7-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Mərkəzin baş katibi dr. Abdullah əl-Vəşminin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, akademik  Gövhər Baxşəliyeva ilə görüşüb.

Download Template Joomla 3.0 free theme.