Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

SÜBHAN TALIBLININ MƏQALƏSİNƏ MARAQ ARTIR

21 Yanvar 2021

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblının 20 Yanvar faciəsi ilə bağlı İranda nəşr olunan "Xudafərin" jurnalının 189-cu sayında fars dilində dərc olunan, eləcə də İordaniyanın nayrouz.com saytında ərəbcə, Qazaxıstanın ea-news.kz və Özbəkistanın interpress.uz saytlarında rus dilində dərc olunan “20 Yanvar faciəsi: Azərbaycan xalqını müstəqilliyə aparan yol” adlı məqaləsinə maraq artmaqdadır.

Məqalə bu dəfə İsveçdən yayımlanan farsdilli tribun.one saytında fars dilində dərc edilib.

 

Məqalədə faciəni törədənlər, hadisələrin gedişatı və ağır nəticələri barədə ətraflı məlumat təqdim edilib və şərhlər verilib. S.Talıblı Bakıda baş vermiş hadisələrlə yanaşı, 1990-cı ilin yanvarında Neftçala və Lənkəranda da gerçəkləşən hadisələrdən ətraflı bəhs edib.

 

سبحان طالیبلی: نقش فاجعه 20 ژانویه در راه آذربایجان بسوی استقلال (tribun.one)

 

Download Template Joomla 3.0 free theme.