Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

27 Sentyabr 2019

Sentyabrın 27-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Məşqlərin mövzusu “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” olub.

 Şərqşünaslıq İnstitutunun Mülki müdafiə qüvvələrinin qərargah rəisi Namiq Abdullayevin keçirdiyi məşqlərdə İnstitutun mülki müdafiə qərargahı və mülki müdafiə qüvvələrinin şəxsi heyəti iştirak edib. İclası Şərqşünaslıq İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Səlimova açıb.

20 Sentyabr 2019

Sentyabrın 20-də Çin Sosial Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Siyasəti İnstitutunun Beynəlxalq strategiya şöbəsinin alimləri Şao Fenq və Vanq Li AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

Çinli alimlər ilk olaraq Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva və İnstitutun Asiya-Sakit okean regionu ölkələri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zenfira Şıxəlibəyli ilə görüşüblər.

Akademik Gövhər Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutunda aparılan elmi tədqiqatların istiqamətləri barədə məlumat verib və Asiya-Sakit okean regionu ölkələri, o cümlədən Çinlə bağlı tədqiqatların aparılmasına son illərdə başlandığını bildirib. G.Baxşəliyeva İnstitutun Asiya-Sakit okean regionu ölkələri şöbəsində Çinlə bağlı Çin Xalq Respublikasının müasir dövrünün tarixinin öyrənilməsi, ÇXR-nın digər ölkələrlə, o cümlədən Azərbaycan Respublikası ilə mədəni əlaqələri, Çinin iqtisadi inkişaf yolları, milli və xarici siyasəti, beynəlxalq arenada yeri və Azərbaycan Respublikası ilə əlaqələri istiqamətlərində araşdırmaların aparıldığını və 2016-cı ildə yaradılmış şöbədə bu istiqamətdə bir neçə kitab nəşr etdirildiyini bildirib. Gövhər xanım İnstitutun ÇXR-nın Konfutsi İnstitutu ilə müqaviləsi çərçivəsində çin dili daşıyıcısı olan müəllimlərin əməkdaşlara çin dilini tədris etməsini, bir gənc əməkdaşın Nanjinq, digərinin isə Anhoy Universitetinə magistr təhsili almaq üçün göndərildiyinin qeyd edib.

19 Sentyabr 2019

2019-cu il sentyabrın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.

Anım mərasimində çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva bildirib ki, Aida İmanquliyeva həm ictimai fəaliyyət, həm şəxsi keyfiyyətləri baxımından başqalarından fərqlənən, parlaq bir şəxsiyyət olub.

05 Sentyabr 2019

Sentyabrın 3-4 tarixində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində UNESCO-nun Tehrandakı nümayəndəliyi və İran Milli Kitabxanası və Arxivlər idarəsinin müştərək təşkil etdikləri beynəlxalq elmi-praktik tədbir həyata keçirilib. Tədbirin əsas məqsədi İpək Yolu ölkələrinin zəngin yazılı və sənədli irs nümunələrinin üzə çıxarılması və onların müştərək beynəlxalq nominasiyalar vasitəsi ilə UNESCO-nun “Dünya yaddaşı” reyestrinə daxil edilməsi yollarının müzakirəsi idi. Tədbirin açılışında UNESCO-nun Tehran klaster ofisinin rəhbəri C.Tsvetkovski, İranın Dövlət Arxivləri və Milli Kitabxanasının müdiri Ə.Borucerdi, İranın UNESCO üzrə Milli komissiyasının baş katibi H.Əyyubi və digər rəsmi şəxlər iştirak ediblər.

Download Template Joomla 3.0 free theme.