Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

24 Fevral 2017

Fevralın 24-də AMEA Şərqşünaslıq İnstitutunun kollektivi Fəxri Xiyabanda 20 il öncə - 1997-ci il fevralın 21-də amansızcasına qətlə yetirilmiş görkəmli şərqşünas alim, vaxtilə AMEA-nın vitse-prezidenti, AMEA Şərqşünaslıq İnstitutunun direktoru vəzifələrində çalışmış akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun xatirəsini anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüb.

22 Fevral 2017

Fevralın 22-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edildi.

Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd etdi. Xocalı faciəsinin ağır nəticələri barədə danışan G.Baxşəliyeva, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söylədi.

13 Fevral 2017

2017-ci il Azərbaycan Respublikası Prezidenti Ilham Əliyevun 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə “İslam Həmrəyliyi İli” elan edilib. Fevralın  13-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda keçirilən elmi seminarın mövzusu da “İslam Həmrəyliyi İli” ilə bağlı idi.

06 Fevral 2017

Fevralın 6-da İran İslam Respublikasından olan bir qrup alim və müəllim AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Tehran Universitetinin Qafqaz Araşdırmaları Mərkəzinin müdiri Mehdi Hüseyninin rəhbərlik etdiyi qrupa fondun əməkdaşlarından Abid Noruzi, Şiva Əlizadə, həmçinin Şəhid Beheşti Universitetinin əməkdaşı Həmidreza Əzizi daxil idi. İranlı alimləri İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi müşayiət edirdi.

Download Template Joomla 3.0 free theme.