AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayevin "МОТИВЫ МАХДИСТСКИХ ВЕРОВАНИЙ В РАННИХ ПЛЕМЕННЫХ РЕЛИГИЯХ" ("İLKİN QƏBİLƏ DİNLƏRİNDƏ MEHDİLİK İNANCININ MOTİVLƏRİ") adlı məqaləsi Bolqarıstan Respublikası, "South-West" (Cənub-Qərb) Universitetinin fəlsəfə və politologiya sahələri üzrə ixtisaslaşmış, "Erih Plus" indeksli "NOTABENE" elektron elmi jurnalında dərc edilib.
Məqalədə, ilkin qəbilə dinlərində xilaskarlıq inancının psixoloji, sosioloji, psixo-sosial və siyasi səbəbləri haqqında bəhs edilib, Şimali və Mərkəzi Amerikada mövcud olmuş aborogen xalqlarda və ilkin qəbilə dinlərində mehdilik anlayışı ilə bağlı inanclar təsviri-analitik metodlara riayət edilməklə işıqlandırılıb.
