Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

17 Yanvar 2020

Yanvarın 17-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd etdi: “30 il öncə baş vermiş hadisələri bir yandan bir faciə kimi xatırlayırıqsa, digər yandan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın qəhrəmanlıq tarixinin şanlı səhifəsidir.

15 Yanvar 2020

Yanvarın 15-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Tarixi dövrümüzün gerçək siyasəti: Yaxın və Orta Şərq siyasətinin dünya tarixli əhəmiyyəti” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Yaxın və Orta Şərq tarixi və siyasəti seminarlar proqramına start verildiyini və ilk seminarda İnstitutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Fərda Əsədovun “Tarixi dövrümüzün gerçək siyasəti: Yaxın və Orta Şərq siyasətinin dünya tarixli əhəmiyyəti” mövzusunda məruzə edəcəyini bildirdi.

Fərda Əsədov məruzəsində ilk olaraq tarix və siyasətin qarşılıqlı təsirindən danışdı və bu iki bilik və düşüncə sahələrini birləşdirən tellərin və ayıran sədlərin mövcudluğuna münasibət bildirdi.

13 Yanvar 2020

Yanvarın 13-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi konfrans keçirilib.

Əvvəlcə Nəsimiyə həsr olunan nəşrlərdən ibarət sərgiyə baxış olub.

Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarını xatırladıb.

İ.Həbibbəyli qeyd edib ki, bu sərəncamlar müstəqillik şəraitində insanlarda Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi, dahi sənətkarın dünyaya tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Müvafiq sərəncamlarla ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda Azərbaycanın mütəfəkkir şairi Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə bağlı silsilə tədbirlər keçirilib. Bu istiqamətdə ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən keçirilən Nəsimi - şeir, incəsənət və mənəviyyat festivallarını xüsusi qeyd etmək lazımdır.

13 Yanvar 2020

Yanvarın 15-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Tarixi dövrümüzün gerçək siyasəti: Yaxın və Orta Şərq siyasətinin dünya tarixli əhəmiyyəti” mövzusunda seminar keçirilib. Yaxın və Orta Şərq tarixi və siyasəti seminarlar proqramının ilk tədbiri olacaq seminarda İnstitutun Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Fərda Əsədov məruzə edəcək. Seminar saat 12:00-da başlanacaq.

Download Template Joomla 3.0 free theme.