Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

12 Dekabr 2020

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev dekabrın 10-da Zəfər paradı münasibəti ilə "BBC Arabic" Tv kanalına canlı yayımda müsahibə verib. Azərbaycanlı şərqşünas müsahibəsində Zəfər  paradının Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb və rəşadətli Azərbaycan ordusunun əldə etdiyi qələbə haqqında ətraflı məlumat verib.  Həmçinin, E.Mustafayev müştərək tarix, mədəniyyət və milli dəyərlərə söykənən Azərbaycan - Türkiyə əlaqələrindən söhbət açıb.

11 Dekabr 2020

Dekabrın 10-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.

 Əvvəlcə dövlətimizin başçısı bəyanatla çıxış etdi.

 Prezident İlham Əliyevin bəyanatı

 -Əziz Qardaşım, hörmətli Cümhurbaşqanı. 

 Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Xoş gəlmisiniz.

11 Dekabr 2020

Dekabrın 10-da təkbətək görüş başa çatandan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

 Bakı Nəqliyyat Agentliyi ilə “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında Anlaşma Protokolunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli və “BMC Otomativ Sənaye və Ticarət” şirkətinin İdarə Heyətinin üzvü Taha Öztürk imzaladılar.

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə “BMC.AZ” şirkəti arasında Anlaşma Protokolunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və “BMC Otomativ Sənaye və Ticarət” şirkətinin İdarə Heyətinin üzvü Taha Öztürk imzaladılar.

11 Dekabr 2020

Dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak ediblər.

 “Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edib.

Download Template Joomla 3.0 free theme.