Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

19 Mart 2021

      Martın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Mart - Elm Gününə həsr olunan tədbir keçirilib.
      Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva ölkədə elmə dövlət qayğısından danışaraq, Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə respublikada Elm Gününün təsis edilməsinin bu diqqətin bariz nümunəsi olduğunu  vurğulayıb.
      G.Baxşəliyeva ulu öndər Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan Gövhər xanım, onun həmin görüşdə söylədiyi sözləri yada salıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

12 Mart 2021

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə 27 mart - Elm Günü təsis edilib. Elm günü münasibəti ilə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kitablarının sərgisini diqqətinizə çatdırırıq.

12 Mart 2021

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan olunmuşdur. AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq  İnstitutu bu sərəncama uyğun olaraq  24 sentyabr 2021-ci il tarixində “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda Beynəlxalq Elmi Konfrans təşkil edəcək. Şərqşünaslıq İnstitutu beynəlxalq elmi konfransda iştirak üçün məruzələrin tezislərinin qəbulunu elan edir.

10 Mart 2021

Matrın 10-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Qadınlar Təşkilatının “Vətən müharibəsində ön və arxa cəbhədə fəal iştirak etmiş şərqşünaslar" mövzusunda tədbiri keçirilib.

Tədbiri açan İnstitutun Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova 44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazanlar sırasında Şərqşünaslıq İnstitutunun əməkdaşlarının da olduğunu deyib. X.Kərimova şərqşünasların bu qələbəyə öz paylarını həm ön cəbhədə vuruşaraq silahlarıyla, həm də Azərbaycan həqiqətlərini Şərq ölkələrinə, eləcə də Qərbin ərəbdilli informasiya vasitələri ilə bütün dünyaya yayaraq çıxışları və qələmləri ilə verdiklərini bildirib.

Download Template Joomla 3.0 free theme.