Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Noyabrın 11-də AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycanın Qarabağ müharibəsində möhtəşəm zəfəri ilə bağlı toplantı keçirilib.
Toplantını açan İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva qələbə münasibəti ilə institutun kollektivini təbrik etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu qələbəyə zəmin yaratdığını söyləyən G.Baxşəliyeva zəfərin Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun rəşadəti ilə qazanıldığını qeyd etdi. Bu qələbənin Azərbaycan tarixinə Qızıl hərflərlə yazılacağına əminliyini bildirən akademik, mənfur düşməm tərəfindən viran qoyulan şəhər və kəndlərimizin dövlət başçısının rəhbərliyi altında Azərbaycan xalqı tərəfindən bərpa edilərək, Qarabağın yenidən çiçəklənən diyara çevriləcəyini dedi.
AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Elnur Mustafayev noyabrın 9-da Livanın "əl-Məyadin" kanalına Azərbaycan mədəniyyətinin paytaxtı hesab edilən Şuşa şəhərinin Azərbaycanın şanlı ordusu tərəfindən azad edilməsindən bəhs edib. Azərbaycanlı şərqşünas Şuşa şəhərinin coğrafi mövqeyinin əhəmiyyətindən, bununla yanaşı şəhərin Azərbaycan və İslam dünyasına bəxş etdiyi töhfələrdən söhbət açıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edib.
Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:
-Əziz dostlar, hörmətli qonaqlar, Qələbədən sonra ilk görüşümdür, təbii ki, qardaşlarımla görüşdür. Bu gün səhər əziz Qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıq, söhbət etdik, bu böyük qələbə münasibətilə bir-birimizi təbrik etdik. Eyni zamanda, gələcək işlər haqqında fikir mübadiləsi aparıldı.
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Dövlət başçıları Qarabağ müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər. Prezident İlham Əliyev müharibə dövründə Türkiyə Prezidenti və Türkiyə xalqının Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib.
