Nizami əsərlərinin təsiri və qarşılıqlı əlaqələrinə dair Elman Quliyevin “Nizami Gəncəvi yaradıcılığının ədəbi təsir dairəsi”, Mehdi Kazımovun “XIV–XV əsrlər Azərbaycan ədəbiyyatında Nizami “Xəmsə”sinə nəzirələr (Cəmalinin “Xəmsə”si əsasında)”, Səadət Şıxıyevanın “Divan ədəbiyyatında “Məxzənül-əsrar”ın yeri (Nəsimi şeiri əsasında)”, Vera Muxamedjanovanın (Özbəkistan) “Nizami və Nəvai – xalqların çoxəsrlik tarixində iki şəxsiyyət”, Almaz Xanımın (Pakistan) “Nizami Gəncəvinin Pakistan ədəbiyyatına təsiri: urdu və digər dillərin nümunəsində”, Xanımzər Kərimovanın “Nizami poeziyasının ərəb poeziyası ilə qarşılıqlı əlaqəsi” və s. mövzuda materialları qeyd etmək olar.
Topluda Nizami əsərlərinin bədii və linqvistik xüsusiyyətlərinə dair diqqəti çəkən mövzular Salidə Şərifovanın “Nizami “Xəmsə”sinin janr özəllikləri”, Şəfəq Əlibəylinin “Nizami nəzmində cəvahirat adlarının struktur-semantik və poetik xüsusiyyətləri”, Zahidə İsmayılovanın “Nizami Gəncəvi dilində feillərin quruluşuna dair”, Şahin Yusiflinin “Nizami yaradıcılığında “çövkən və top” oyununun atributları ilə bağlı leksik fiqurların poetik əhəmiyyəti” və s.-dir.
Nizami əsərlərinin mövzu dairəsini və şairin baxışlarını əks etdirənlər mövzular sırasında Əbdülkərim Əli Cəradatın (İordaniya) “Azərbaycanlı Nizami Gəncəvinin şeirində islam və ərəb təsirləri”, Qurbanəli Purmərcanın (İran) “XII əsrdə fars dilində mənzum hekayələr yazan, şair, həkim Nizami Gəncəvinin məsnəvilərindən mənəvi və əxlaqi məfhumların ortaya çıxarılmasının zərurəti”, Əhməd Əbduh Tərabikin (Misir) “Nizami Gəncəvi şeirində tərbiyə və əxlaq”, Osman Əhməd Əbdürrəhimin (Küveyt) “Nizami Gəncəvi nəzərində islam fəlsəfi düşüncələrinin formalaşması”, Əli Fərhadovun “Nizami yaradıcılığında multikultural və dini dəyərlərə baxış”, Aygün Əlizadənin “Nizami və irfan” v. s. var.
Şairin yaradıcılığının tədqiqinə dair İmamverdi Həmidovun “Nizami Gəncəvi irsi ərəb alimlərinin araşdırmalarında”, Arzu Məmmədzadənin “Nizami Gəncəvi yaradıcılığı şərqşünas Mənzərə Məmmədovanın tədqiqatlarında”, Səba Namazovanın “Məmməd Səid Ordubadinin Nizami Gəncəvi haqqındakı məqalələri” mövzularını qeyd etmək olar.
