Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

10 Oktyabr 2020

 

Bu gün görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 81-ci ildönümüdür. AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi hər il oktyabrın 10-da görkəmli alimin məzarını ziyarət edib, xatirəsini anır.

 

Hazırkı karantin rejimi ilə əlaqədar, təəssüf ki, bu dəfə A.İmanquliyavanın məzarını kollektiv şəkildə ziyarət etmək mümkün olmadı. Kollektivin adından Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və institutun əməkdaşı Sulduz Məhərrəmov Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə əklil qoyublar.

09 Oktyabr 2020

 

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev BBC Arabic radiosuna ərəb dilində növbəti müsahibəsini verib.
Oktyabrın 8-də BBC Arabic radiosuna müsahibədə Elnur Mustafayev Ermənistanın Azərbaycanın qədim ərazisi olan Dağlıq Qarabağı və yeddi ətraf rayonu işğal etməsi, erməni işğalı nəticəsində bir milyondan çox əhalinin ölkə ərazisində qaçqın və məcburi köçkünə çevrilməsi, həmçinin son hadisələrlə bağlı, Ermənistanın Azərbaycan şəhərlərini raket və ağır silahlardan atəşə tutması, hücum nəticəsində şəhərlərə və mülki vətəndaşlara dəymiş ziyanlarla bağlı ətraflı məlumat verib.

 

09 Oktyabr 2020

Sentyabrın 27-də səhər saat 06:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, eləcə də mülki obyektləri, dinc əhalini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmasına cavab olaraq əks-həmlə əməliyyatlarına başlayan ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımızın bir qismini azad edib və etməkdədir. Rəşadətli ordumuzun qələbələrini xalqımız böyük sevinc və iftixar hisləri ilə qarşılayır.

Ordumuza dəstək olmaq məqsədilə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 5 min manat vəsait köçürüb.

Şərqşünas alimlər torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan müzəffər ordumuzun Qarabağı işğaldan tam azad edəcəyinə inanırlar.

Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

08 Oktyabr 2020

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Silahlı Qüvvələrə Yardım Fonduna 1000 manat köçürüb.

Download Template Joomla 3.0 free theme.