Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

11 Oktyabr 2020

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev oktyabr ayının 10-da ərəb dünyasının kifayət qədər nüfuzlu TV kanallarından biri, Livan Respublikasına məxsus “Məyadin” televiziya kanalına müsahibə verib. Elnur Mustafayev öz müsahibəsində Azərbaycanın şanlı ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlar və erməni işğalından azad olunmuş ərazilər haqqında məlumat verib. Bununla yanaşı, Şərqşünaslıq İnstitutunun əməkdaşı  müsahibədə Azərbaycanın qədim ərazisi olan Qarabağın Ermənistan dövləti tərəfindən işğal edildiyi, işğal nəticəsində bir milyondan çox azərbaycanlı əhalinin qaçqın düşdüyünü və münaqişə ilə bağlı digər məsələləri ətraflı şəkildə qeyd edib.

10 Oktyabr 2020

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev oktyabr ayının 9-da ABŞ dövlətinə məxsus, ərəb dilində fəaliyyət göstərən “Hurra” televiziya kanalında, Bakı vaxtı ilə 22:30-dan canlı yayımlanan “Axşam xəbərləri” verilişində Ermənistandan dəvət olunmuş qonaqların da iştirak etdikləri teledebata qatılıb. Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı tarixə və beynəlxalq hüquqa əsaslanan faktlar gətirməklə Ermənistanı təmsil edən opponentini üstələyib. Bununla yanaşı, Elnur Mustafayev debat zamanı müharibənin Ermənistan ərazisində deyil, bütün hüquqi və beynəlxalq qərarların təsdiq etdiyi Azərbaycan ərazisində getdiyini, həmçinin Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə BMT-nin Azərbaycan lehinə 4 qətnamə çıxardığını, bəyanatlarda Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini dərhal tərk etməsi məsələsi tələb edildiyi, işğal nəticəsində bir milyondan çox dinc azərbaycanlı əhalinin qaçqın düşdüyünü, bundan əlavə erməni hərbi birləşmələrinin 26 fevral 1992-ci ildə  azərbaycanlılara qarşı Xocalı soyqırımını həyata keçirdiyini və regionda sülhün yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması ilə mümkün olacağını geniş ərəbdilli izləyici kütləsinə çatdırıb.

 

10 Oktyabr 2020

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun “Erməni yalanlarını ifşa edən iki tarixi sənəd” adlı məqaləsi “Arabi21” saytında yayımlanıb. Məqalədə Dağlıq Qarabağın statusuna dair erməni yalanlarını ifşa edən iki tarixi sənədin tərcüməsi və izahı öz əksini tapıb. Sənədlərin birincisi Rusiya Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsi Qafqaz Bürosunun plenum iclasının protokolu, digəri isə  Rusiya Kommunist Bolşevik Partiyası Qafqaz Əyalət Komissarlığının üzvü, erməni əsilli A.Mikoyanın Rusiya Kommunist Bolşevik Partiyası Mərkəzi Komitəsi və Sovet Xalq Komissarlığının sədri V. Leninə məktubudur.

10 Oktyabr 2020

 

Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlı Misir Ərəb Respublikasının "əl-Diplomasi” informasiya portalında Qarabağ həqiqətlərini ərəb oxucularına çatdırmağa çalışıb.

Şərqşünas alimin “Ermənistan-Azərbaycan münaqişəsi: Tarix və müasir yanaşma” sərlövhəli məqaləsində faktlar əsasında Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olması, 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında qalması, təcavüzkar ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələri və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə məhəl qoymaması barədə ətraflı məlumat verilib. 

Download Template Joomla 3.0 free theme.