Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

16 Fevral 2021

     Fevralın 15-də Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) təşəbbüsü ilə onlayn formatda beynəlxalq müşavirə keçirilib. Tədbirin əsas məqsədi 2005-ci ildən YUNESKO və üzv ölkələr tərəfindən həyata keçirilən İpək Yolu Transmilli Seriya Nominasiyası adlı layihənin gələcək perspektivlərinin beynəlxalq ekspertlər tərəfindən müzakirəsindən ibarət idi. Görüş iştirakçıları son illərdə layihəyə yeni ölkələrin qoşulduğunu və onun coğrafi sərhədlərinin genişləndiyini nəzərə alaraq, ICOMOS tərəfindən 2014-cü ildə tərtib edilmiş “Tematik tədqiqat”ın bir daha nəzərdən keçirilməsi və ona yeni fəsillərin əlavə edilməsi məsələsini müzakirə ediblər.

12 Fevral 2021

     AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Rauf Qarayevin “Dövlətlərin ərazi bütövlüyü və xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsiplərinin nisbətinə dair” adlı elmi məqaləsi Rusiya Federasiyasında hüquq elmləri üzrə ən nüfuzlu elmi jurnal sayılan «Журнал Российского права» (“Rusiya hüquq jurnalı”) elmi nəşrinin növbəti sayında dərc edilib.

08 Fevral 2021

AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun “Ərəb dili” kitabı nəşr olunub.

Dərs vəsaiti 20 dərs, əksəriyyəti dini mövzulara aid 12 mətn və ərəbcə-azərbaycanca qısa lüğətdən ibarətdir. Mövzular sadədən mürəkkəbə, asandan çətinə semestrlər üzrə bölüşdürülmüşdür. 20 dərsdə ərəb dilinin fonetikası, morfologiya və sintaksisi tələbələrdə lazımi söz ehtiyatını formalaşdıracaq nümunələr (sözlər və cümlələr) əsasında praktik şəkildə öyrədilir. Hər bir qrammatik mövzuya dair seçilmiş tapşırıqlar tələbələrdə praktik və nəzəri biliklərin möhkəmləndirilməsinə xidmət edir.

08 Fevral 2021

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Şərqşünaslıq İnstitutunun dissertantı, nəsimişünas, tədqiqatçı, Vətən Müharibəsinin qazisi Vüsal Hətəmovu Mədəniyyət Komitəsində qəbul edib, onu tarixi zəfər münasibəti ilə təbrik edib, elmi-mədəni yaradıcılığı ilə maraqlanıb.

“Siz, Vətən Müharibəsində mərdliklə döyüşmüsüz yeni nəsil ziyalılarımızdansız. Sizi işğalçı düşmən üzərində qələbə münasibətilə təbrik edir, yeni uğurlar arzulayıram! Biz bilirik ki Siz General-mayor Polad Həşimovun şəhid olduğunu eşidincə, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə idarəyə gedərək, könüllü olaraq Orduya yazılmısız və nəhayət sentyabrda bu istəyiniz nəzərə alınıb. Vətən Müharibəsində zabit olaraq iştirak etmiş, Cəbrayıl, Füzuli, Xocavənd, Laçın və Şuşa istiqamətlərində döyüşmüsüz.

Download Template Joomla 3.0 free theme.