Məqalədə türk-İslam əbru sənətinin tarixi və yayılma coğrafiyası araşdırılır. Bu gün bütün dünyada bir türk sənəti olaraq tanınan bu əlyazma sənətinin tətbiq üsulu və növlərindən bəhs edən müəllif bu sənətin fəlsəfəsini şərh etməyə, açmağa çalışır. O, əbru sənətinin "Təvəkkül" prinsipinə əsaslandığından İslam dəyərləri ətrafında formalaşdığını və inkişaf etdiyini qeyd edir. Məqalədə həmçinin Şərq mədəniyyətinin Qərb dünyasına təsiri və Qərb modernist cərəyanlarında əbru sənətinin izləri araşdırılır.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
ŞƏRQŞÜNAS ALİMİN MƏQALƏSİ RUSİYADA NÜFUZLU JURNALDA DƏRC EDİLİB
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Səbinə Nemətzadənin “Türk-İslam əbru sənəti: tarixi və dini-fəlsəfi aspektlər” (“Turkic-Islamic Art of Marbling Paper "EBRU": Historical and Religious-Philosophical Aspects”) adlı məqaləsi Rusiyada nəşr edilən nüfuzlu “Modern Scientific Thought”/«Современная научная мысль» elmi jurnalının 2020-ci il 5-ci sayında ingilis dilində dərc edilib.
