Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞI NAMİQ ABDULLAYEV VƏTƏN MÜHARİBƏSİNDƏ

10 Yanvar 2021

44 günlük Vətən müharibəsində Zəfər tariximizi yazanlar sırasında AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Namiq Abdullayev və Pərviz Ağayev də olub.

İnstitutun Mülki Müdafiə qərargahının rəisi polkovnik Namiq Abdullayev birinci Qarabağ müharibəsinin veteranıdır. Vətən müharibəsinə də bir veteran kimi hərbi təcrübəsini döyüşçülərlə paylaşmaq üçün qatılmışdı. Namiq müəllim yeni yaradılan veteranların koordinasiya mərkəzinin heyəti tərkibində cəbhə bölgəsinə yollandı.

Mərkəzin qərargah rəisi kimi bir sıra cəbhə və cəbhəətrafı rayonlarda olan Namiq Abdullayev orada gənc döyüşçülərimizə hərbi silah və sursatdan düzgün istifadə etməyi, təmiri, atəş nöqtələrində hansı şəraitdə necə davranmağı öyrədir, eyni zamanda döyüş ruhunu artırmaq məqsədi ilə təbliğat işləri də aparırdı.

Döyüşlərin ən gərgin nöqtələrindən biri olan Hadrutda da bu fəaliyyətini göstərən Namiq müəllim ordumuzun müharibəyə yüksək səviyyədə hazır olduğunu, savadlı döyüş aparıldığını deyir. O, bu cür hazırlığımızı görən düşmən əsgər və zabitlərinin döyüşdən qaçdıqlarını bildirir.

Download Template Joomla 3.0 free theme.