Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

03 Fevral 2017

Mərakeş Krallığının ölkəmizdəki sabiq səfiri, yazıçı, şair, siyasi elmlər doktoru Həsən Haminin (Hassan Hami) “Xəzərin nəğmələri” adlı şeirlər kitabı Azərbaycan dilində işıq üzü görüb. Şeirləri ərəb dilindən AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidov tərcümə edib.

30 Yanvar 2017

Yanvarın 30-da Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu üzrə bölməsinin iclası keçirilib. İclasda Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, təşkilatın idarə heyətinin üzvü Soltan Əliyev və Şərqşünaslıq İnstitutu üzrə bölmənin üvləri iştirak edirdilər.

18 Yanvar 2017

 

 

 

 

Yanvarın 18-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı faciədə şəhidlik zirvəsinə ucalan mərd Vətən övladlarının xatirəsi yad edildi.

28 Dekabr 2016

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnalın bu sayında ilk öncə Şərqşünaslıq İnstitutunun müstəqillik illərindəki fəaliyyətini əks etdirən məqalə və respublikamızın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə keçirilən elmi konfrans barədə yazı təqdim olunur.

Download Template Joomla 3.0 free theme.