Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

11 Dekabr 2019

Dekabrın 11-də AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 Tədbiri giriş sözü ilə İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva açıb. O, öz çıxışında ulu öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb. G.Baxşəliyeva ulu öndərin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşdüyünü qeyd edib: “Ulu öndər Heydər Əliyev həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı, həm də müstəqillik illərində ölkə prezidenti kimi Azərbaycan xalqı üçün misilsiz işlər görüb. Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyev qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq, insanlarda gələcəyə böyük inam yaratdı. Ümummilli liderimiz ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoydu».

11 Dekabr 2019

Dekabrın 13-də AMEA akademik Z.M.Bünyadov adı­na Şərqşünaslıq İnstitutunda (H.Cavid prospekti 117, II mərtəbə) görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar elmi seminar təşkil olunacaq. Seminarda İnstitutun Şərq-Qərb şöbəsinin müdiri, ilah.ü.f.d., dosent Məmmədəli Babaşlı “Cəlil Məmmədquluzadənin cəhalətə və xurafata qarşı mübarizəsi” mövzusunda məruzə edəcək. Seminar saat 11:00-da başlanacaq.

11 Dekabr 2019

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov ilk dəfə “Tövrat”ı orijinaldan Azərbaycan dilinə tərcümə edib.

Kitaba “Ön söz”ü Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin müəllimi, professor Nəsrulla Məmmədov və mərhum akademik Vasim Məmmədəliyev yazıblar. Yeni nəşrin məsləhətçisi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının ravini Avraam Yakubov, rəyçisi BDU-nun Şərqşünaslıq fakültəsinin müəllimi, dosent Gülnarə Abdullayeva, redaktoru isə professor Nəsrulla Məmmədovdur. Kitab Şərqşünaslıq İnstitutunun elmi şurasının qərarı ilə çap olunub.

11 Dekabr 2019

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyevanın “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər” kitabı işıq üzü görüb.

Nəsimişünas alimin monoqrafiyasında şairin poetik irsinin tədqiqi tarixinə nəzər salınır, bu kontekstdə nəsimişünaslıqda mövcud olan mübahisəli mə­sələlərə münasibət bildirilir, onun irfani düşüncəsinin ifadəçiləri olan başlıca məcaz və motivlər araşdırılır. Onun söz sənətindəki yerini gös­tə­rən və bədii təxəyyülünün imkanlarını açıqlayan poetik fiqurlar ənə­nə və fərdiyyət kontekstində dəyərləndirilir. Kitab mütəxəssislər, ali məktəb müəllimləri, tələbələr və ümu­miy­­yətlə, Nəsimini sevənlər üçün nəzərdə tutulmuşdur.

Download Template Joomla 3.0 free theme.