Sıralarında döyüşdüyünüz Ordumuzun rəşadəti sayəsində torpaqlarımız, o cümlədən tarixi-mədəni abidələrimiz, mədəniyyət müəssisələrimiz Ermənistanın işğalından azad olunub. Beləliklə, abidələrimizi təmir-bərpa etmək, onların dağılmasının qarşısını almaq və yeni mədəniyyət müəssisələri tikərək, bölgələrimizin mədəni ənənələrini, ümumən mədəni həyatı canlandırmaq imkanları yaranıb.
Siz Nəsimi əlyazmalarının tədqiqatçısısız, 2019-cu il – “Nəsimi İli”ndə “Nəsiminin şeirləri nə deyir?” adlı kitabınız işıq üzü görüb. Artıq elm fəaliyyətinizi davam etdirirsiz, AMEA Şərqşünaslıq İnstitutunun dissertantısız. Kazan şəhərində qısamüddətli elmi ezamiyyətdə olarkən ölkəmiz üçün qiymətli əlyazmalar aşkarladığınızı bilirik. Ümidvaram, əlaqədar qurumlarla əməkdaşlıq ortamında bu istiqamətdə də tədqiqatlarınızı davam etdirəcəksiz.
Sizə elmi fəaliyyətinizdə yeni uğurlar arzulayıram!
Xahiş edirəm, mənim və Mədəniyyət Komitəsi üzvlərinin salamlarnı ailə üzvlərinizə, doğmalarınıza çatdırasız”.
V.Hətəmova Mədəniyyət Komitəsi adından Təbrik və Təşəkkür Məktubu təqdim edilib.
V.Hətəmov səmimi qəbul və təbrik üçün Q.Paşayevaya təşəkkür edib.
