Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
“Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti sayı üçün məqalə qəbulu başlanıb
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti sayı üçün məqalə qəbulu başlanıb.
NƏŞRƏ DAİR TƏLƏBLƏR:
1. “Şərq araşdırmaları” elmi-nəzəri jurnalına çap üçün məqalələr Azərbaycan, rus və ingilis dillərində çap şəklində və elektron daşıyıcıda qəbul edilir.
2. Məqalələr Times New Roman-la, 1,5 interval və 14 şriftlə yazılmalıdır.
3. Parametrlər aşağıdakı qaydada olmalıdır:
Aşağı – 2
Yuxarı – 2
Sağ – 3
Sol – 1
4. Abzas 1 sm olmalıdır.
5. Başlıq:
Öncə məqalənin adı, 1 sətir boşluqdan sonra müəllifin adı verilir. Məqalənin adı bütün hərflər böyük olmaqla qara (bold) ilə verilir. Məqalənin adı ortada, müəllifin adı sağda qara ilə olmalıdır. Soyadının bütün hərfləri qara ilə və böyük hərflərlə verilməlidir.
6. Müəllifin elmi dərəcəsi, işlədiyi yer və e-mail adresi soyadının qarşısına ulduz (*) işarəsi qoyulmaqla səhifə sonunda kursivlə verilir.
7. Məqalənin yazıldığı dildəki açar sözlər müəllifin adından sonra aşağıdakı qaydada 10 şriftlə, 1 sətir öncədən, 1 sətir sonradan ara verilməklə yazılmalıdır:
8. Məqalələr daxili bölgülərlə verilməlidir: Giriş, I, II... və Nəticə. Paraqraflar adlandırılmalıdır.
9. Ədəbiyyat kod sistemi ilə verilməlidir: ya istifadə ardıcıllığı və ya əlifba sırası əsas götürülməlidir. Başqa qaydalar qəbul edilməyəcək.
Mətn içində istinadlar bu qaydada veriləcək: (3, s. 15)
Birinci rəqəm istifadə edilən ədəbiyyatın kod nömrəsi olmalıdır. Vergül və nöqtədən sonra ara verilməlidir.
Ədəbiyyat sözü qara və kursivlə yazılmalı, öncə bir sətir ara verilməli və ortada olmalıdır. Ədəbiyyat siyahısı belə verilməlidir:
Kitab adı:
1. Bernstein R.J. (1990). The New Constellation: The Ethical-Political Horizons of Modernity/Postmodernity. Cambridge, Mass.: MIT Press
Məqalə adı:
1. Петренко Е.Л. (2003). Ю.Хабермас размышляет о модерне // Хабермас Ю. Философский дискурс о модерне. Пер. снем. М.
Konfrans materialları üçün:
1. Рзаева Р.О. (2012). К вопросу о диалогичности постмодерна / «Диалог культур в условиях глобализации» Материалы Бакинского форума, посвящённого памяти Гейдара Алиева. М.: «Канон+» РООИ «Реабилитация», с.554-559
10. Xülasələr üç dildə (Azərbaycan, rus və ingilis) yazılmalıdır. Öncə müəllifin adı, növbəti sətirdə məqalənin adı qara şriftlərlə verilməlidir. Müəllifin adı qara və sağda, məqalənin adı ortada qara və kursivlə yazılmalıdır.
Müəllifin adından öncə bir sətir ara verilməlidir.
11.Bu qaydalara uyğun yazılmayan, orfoqrafik, imla və ya üslub xətaları olan məqalələr qəbul edilməyəcək.
12. Elmi dərəcəsi olmayanların məqalələrini elmi rəhbərlərinin oxuyub imzalaması vacibdir.
13. Bütün məqalələr müvafiq elmi sahə üzrə elmlər doktorunun rəyi və şöbə müzakirəsinin protokolundan çıxarış ilə kağızda və elektron variantda təqdim edilməlidir.
14. Hər bir məqalə redaksiya heyətinin rəyinə əsasən çap olunur.
15. Məqalələrin nəşri ödənişlidir (Şərqşünaslıq İnstitutunun əməkdaşları istisna olmaqla). Ödəniş müvafiq bank şöbələri üzrə mümkündür.

