Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Sentyabrın 22-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Təhsil şöbəsinin mudiri, f.u.f.d., dosent Lalə Bayramovanin təşkilatçılıgı ilə fəlsəfə doktoru hazırlığı üzrə 5901.01-"Beynəlxalq münasibətlər" və 5310.01- "Dünya iqtisadiyyatı" ixtisası üzrə doktoranturaya qəbul imtahani kecirilib. İmtahanda institutun direktoru, akademik Gövhər Baxşəliyeva, direktor muavini, akademik Şahin Mustafayev və komissiyanin üzvləri, həmçinin AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktotantura sektorunun müdiri b.ü.f.d., dosent Tubuxanım Qasımzadə, AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin mudiri f.ü.f.d. Ələddin Məlikov iştirak ediblər.
Sentyabrın 19-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və institutun əməkdaşı Namiq Abdullayev İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoyublar.
Akademik Gövhər Baxşəliyeva 29 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi həyat yolundan danışıb, Aida xanımın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd edib.
Sentyabrın 17-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə təşkil edilən tədbirlər çərçivəsində növbəti seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, 2021-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan edilib və bununla əlaqədar AMEA-da tədbirlər planlaşdırılaraq həyata keçirilir. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda da Nizami Gəncəvinin yaradıcılığına dair tədqiqatların aparıldığını, kitabların nəşr edildiyini, oktyabr ayında konfransın keçiriləcəyini qeyd edib, bildirib ki, bu il Nizami Gəncəvi yaradıcılığına aid mütəmadi seminarların keçirilməsi davam edir və bugünkü seminarda “Nizami nəzmində cəvahirat adlarının linqvopoetik funksiyalari” mövzusunda məruzə dinləniləcək.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda yeni çapdan çıxan “Munisnamə” kitabı İran mediasında böyük maraq doğurub. Qonşu ölkənin bir neçə saytı XII əsr müəllifi Əbubəkr ibn Xosrov əl-Ustadın “Munisnamə” əsərinin Azərbaycan dilində olan yeni nəşri haqqında xəbərlər yayıb. Əsəri fars dilindən Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəna Rzayeva tərcümə edib. R.Rzayeva həmçinin müqəddimənin, qeydlərin və kitabın sonunda təqdim edilən lüğətin müəllifidir.
İran Dövlət Radio və Televiziya Agentliyinin saytı olan iribnews.ir-də yayımlanan xəbərdə qeyd edilir ki, Əbubəkr İbn Xosrov əl-Ustadın “Munisnamə” əsəri Azərbaycan Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Rəna Rzayeva tərəfindən Bakıda tərcümə və nəşr edilib. “Munisnamə” yeganə əlyazma nüsxəsi Britaniya muzeyində saxlanılan fars dilində olan hekayələr və hikmətli sözlər toplusudur.
