Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

22 Fevral 2021

Ukraynanın V.İ.Vernadski adına Tavriya Milli Universitetinin "Вчени записки" jurnalında AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayevin "Мeсто веры в мехдианство в идеологической политике государства Сефевидов" (Səfəvilər dövlətinin ideoloji siyasətində mehdilik inancının yeri) adlı elmi məqaləsi dərc edilib.

22 Fevral 2021

      AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda keçiriləcək “Nəriman Nərimanov – böyük maarifçi və ictimai-siyasi xadim” adlı elmi konfransın materialları dərc olunub.
      Topluda Respublikanın müxtəlif elm və təhsil müəssisəsinin əməkdaşlarının 28 məruzəsinin tezisləri dərc olunub. Tezislərdə Nəriman Nərimanovun zəngin və çoxşaxəli fəaliyyəti müxtəlif aspektdən nəzərdən keçirilir. Bu sırada görkəmli dövlət xadiminin istər ictimai-siyasi fəaliyyəti və baxışları, istər maarifçilik sahəsində xidmətləri, istər ədəbi yaradıcılığı, istər elmi-nəzəri görüşləri, istər tibb sahəsində qələminin məhsulu, istər dilçilik fəaliyyəti ilə bağlı maraqlı məruzələrin tezisləri yer alıb.

22 Fevral 2021

     Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər bölməsinin və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək “Şərq xalqlarının I qurultayı – Bakı, 1920. Şərq dünyası 100 il əvvəl və bu gün” mövzusunda beynəlxalq elmi konfransın materialları toplusu çap olunub.
     Topluda Azərbaycan, Türkiyə, Misir və Hollandiyadan ümumilikdə 62 tezis dərc edilib.

17 Fevral 2021

AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu vakant vəzifəni tutmaq üçün müsabiqə elan edir.

Vakant yer müəssisənin Türk filologiyası şöbəsinin baş elmi işçisi üzrə 1 yerdir.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc еdilən gündən etibarən 1 ay müddətində təqdim edilməlidir.

Ünvan: AZ 1143, Bakı şəhəri, H.Cavid prospekti 117 (VII mərtəbə).

Tel: (+994 12) 539 23 63

 

Download Template Joomla 3.0 free theme.