Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Gülər Qafqazlının “Osmanlı hakimiyyəti dövründə Marağa və Soyuqbulaq bölgələri (XVIII əsrin 20-ci illəri)” kitabı işıq üzü görüb
Monoqrafiyada Osmanlı arxiv sənədləri cəlb edilməklə, XVIII əsrin 20-ci illərində Osmanlı hakimiyyəti dövründə Azərbaycanın tarixi əraziləri olan Marağa və Soyuqbulaq bölgələrinin sosial-iqtisadi vəziyyəti, o cümlədən şəhər həyatı və kənd təsərrüfatının inkişaf səviyyəsi, əhalinin dini və etnik tərkibi, demoqrafik durumu, qismən də bölgənin toponimikası və onomastikası ilk dəfə olaraq kompleks şəkildə tədqiq edilib.
Dekabrın 22-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Prezident İlham Əliyev: qlobal düşüncəyə əsaslanan müstəqil siyasət” mövzusunda elmi konfrans keçiriləcək.
AMEA-nın əsas binasının 2-ci mərtəbəsindəki Akt zalında təşkil olunacaq konfrans öz işinə saat 10:30-da başlayacaq.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi-kütləvi nəşri olan “Azərbaycan şərqşünaslığı” jurnalının növbəti sayı işıq üzü görüb.
Jurnal əsasən bu il 880 illik yubileyi qeyd edilən görkəmli Azərbaycan şairi Nizami Gəncəyə həsr olunub. “Nizami-880” rubrikasında akademik Gövhər Baxşəliyevanın məqaləsində Nizami Gəncəvinin türk olmasına dair şairin öz yaradıcılığından sübutlar gətirilir, filologiya üzrə elmlər doktoru Mehdi Kazımov Cəmalinin “Xəmsə”yə nəzirəsindən bəhs edir, filologiya üzrə elmlər doktoruŞəfəq Əlibəyli “Xəmsə”də cəvahirat adlarının linqvopoetik təhlilini aparır, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva orta çağ şeirində “Məğzğnül-əsrar”a poetik-semantik müraciətlərdən yazır.
Dekabrın 15-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları ilə əlaqədar hesabat iclası keçirilib.
İclasda İnstitutun baş direktoru, akademik Gövhər Baxşəliyeva rəhbərlik etdiyi elmi müəssisənin 2021-ci ildəki fəaliyyətini əks etdirən hesabatı diqqətə çatdırıb.
Hesabatda 2021-ci ildə İnstitut əməkdaşlarının səmərəli elmi fəaliyyət göstərərək, “Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni-tarixi inkişafı və Azərbaycanla əlaqələri” istiqaməti üzrə araşdırmalar apardıqları və elmi-tədqiqat planında nəzərdə tutulmuş bütün işləri yerinə yetirdikləri qeyd edilib.
