Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

09 İyun 2021

İyunun 2-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə təşkil edilən tədbirlər çərçivəsində Türk şairi Əhməd Rıdvanın yaradıcılığına Nizami ədəbi məktəbinin təsirimövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımov bildirib ki, 2021-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan edilib və bununla əlaqədar AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda həyata keçirilən tədbirlər sırasında növbəti seminar Nizaminin türk şairi Əhməd Rıdvanın yaradıcılığına təsirinə həsr olunub.

09 İyun 2021

May ayının 31-də YUNESKO-nun İpək Yolu Proqramı Beynəlxalq şəbəkəsinin 2-ci onlayn toplantısı keçirilib. Toplantıda üzv ölkələrin İpək Yolu sahəsində 2020-ci ildə həyata keçirdikləri layihə və tədbirlər barədə illik hesabatları dinlənilib, qurumun gələcək fəaliyyət planları müzakirə olunub.

Toplantını giriş sözüylə YUNESKO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramos açıb. Tədbirdə həmçinin bu beynəlxalq təşkilatın digər yüksək vəzifəli əməkdaşları, Çinin Dünya sülhü fondunun prezidenti Li Ruohonq, digər beynəlxalq təşkilatların nümayəndələri və YUNESKO-nun İpək Yolu Proqramına üzv ölkələrin əlaqələndiriciləri iştirak ediblər.

07 İyun 2021

İddiaçı:          Ülvi Allahverdi oğlu Babayev

 İxtisas:          5717.01 –  Türk xalqları ədəbiyyatı

 Elm sahəsi:        Filologiya

       Dissertasiya işi Bakı Mühəndislik Universitetinin “Xarici dil” kafedrasında  yerinə yetirilmişdir.

Elmi rəhbər:          filologiya üzrə elmlər doktoru, professor

                                      Akif Məmməd oğlu Hüseynov

                                      Prof. Dr. Sıddıka Dilek Vural qızı Yalçın Çelik

30 May 2021

İddiaçı:          Şöhrət Əlvənd oğlu Səlimov

 

 İxtisas:          5717.01 –  Türk xalqları ədəbiyyatı

 

 Elm sahəsi:        Filologiya

 

       Dissertasiya işi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi”şöbəsində  yerinə yetirilmişdir.

Download Template Joomla 3.0 free theme.