Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
2021-ci ilin 7 noyabr səhəri Güney Azərbaycanın Təbriz şəhərindən olan, uzun illərdir Bakıda yaşayan soydaşımız Ümid Niyayeşdən həyat yoldaşı Şahnisə xanım Rüstəmovanın Covid-19-dan Məhəmmədi qəsəbəsindəki modul tipli xəstəxanada dünyasını dəyişdiyi xəbərini aldım və əzizlərinin, yaxınlarının, iş yoldaşlarının xəbəri olsun deyə, məlumatı paylaşdım. Mən bu paylaşımda onu tanınmış güneyli ziyalımız Ümid bəyin xanımı kimi deyil, Cənubi Azərbacan məktəbinin yetişdirməsi kimi təqdim etdim. Belə ki, Şahnisə xanım uzun illərdir ki, AMEA akad. Ziya Bünyadov adına Şərqşünaslıq institutunun Cənubi Azərbaycan şöbəsində elmi işçi olaraq çalışmış, “İran İslam inqilabından (1978-1979-cu illər) sonra Cənubi Azərbaycanda milli şüurun inkişafı” mövzusunda əsaslı tədqiqat işi aparmış və adıgedən mövzu ilə bağlı qələmindən bir sıra maraqlı və dəyərli elmi tədqiqat əsərləri Azərbaycanda və onun xaricindəki sanballı elmi dərgilərdə çap olunaraq yayılmışdır. Cari ilin noyabr ayının ikinci yarısında eyni adlı mövzuda tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işinin ilkin müzakirəsi də planlaşdırılmışdı. Amma zamanın hökmü başqa cür oldu...
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin elmi işçisi Şahnisə Rüstəmova noyabrın 6-da 46 yaşında dünyasını dəyişib.
Allah rəhmət eləsin!
4-5 noyabr tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində Alman Tarix İnstitutu və onun Polşa və Çexiyadan olan elmi tərəfdaşları ilə birgə təşkil etdiyi “Modern dövrə qədərki zamanlarda qeyri-bərabər regional inkişaf: “Gənc Avropa” transkontinental şəbəkələrdə” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransın əsas məqsədi orta əsrlərin sonunda dünyanın müxtəlif regionlarının inkişafında meydana çıxan yeni meyllərinin təsirilə Qərbi Avropanın sosial və texnoloji yüksəlişi və bu transformasiyaların qlobal tarixin sonrakı gedişatını müəyyənləşdirməsi fenomeninin yeni konsepsiyalar çərçivəsində dəyərləndirilməsindən ibarət idi.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova “Juárez Autónoma de Tabasco” Universitetinin elmi dəstəyi ilə Meksikada keçirilən Beynəlxalq Latın Amerikası Sosial və Bəşəri Elmlər Konfransında iştirak edib.
Konfransın işinə ZOOM proqramı vasitəsilə qatılan şərqşünas “Ərəb mühacirlərin Amerika arzuları” adlı məruzə ilə çıxış edib.
