Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda hazırlanan “60`lardan Günümüze Azerbaycan Hikayesi” kitabı Türkiyədə çapdan çıxıb.
Ankarada Bengü nəşriyyat evində nəşr olunan kitabın redaktoru Şərqşünaslıq İnstitutunundirektoru, akademik Gövhər Baxşəliyeva, çapa hazırlayan İnstitutun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin elmi işçisi, f.ü.f.d. Lalə Qasımlıdır.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun gənc alimləri beynəlxalq məkanda fəallıq göstərirlər. Bu fəallıq həm beynəlxalq tədbirlərdə iştirakda, həm nüfuzlu xarici jurnallarda məqalələrin dərcində, həm də xarici sayt və telekanallar vasitəsilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əksini tapır.
2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərini əsasən ərəbdilli televiziya, radio kanalları və saytlar vasitəsilə dünya ictimaiyyətinə çatdıran gənc şərqşünas alimlər cari ilin birinci yarısında da fəal olaraq, xarici KİV-lərdə Vətən müharibəsindən sonra regionda vəziyyət və görülən işlər barədə, 20 Yanvar, Xocalı faciələri, 31 mart soyqırımı, eləcə də Şərqin müxtəlif problemlərinə dair müsahibələr verib, yazılar dərc etdiriblər.
30 iyun 2021-ci il saat 12.00-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının iclasında 5717.01–Türk xalqları ədəbiyyatı ixtisasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilmiş dissertasiya işinin müdafiəsi keçiriləcək.
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər dokoru, professor Solmaz Rüstəmova-Tohidinin “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” kitabı çapdan çıxıb.
Kitab müəllifin 2018-cin ildə Cümhuriyyətin 100 illiyi münasibətilə buraxılmış eyni adlı monoqrafitasının yenidən işlənmiş, təkmilləşdirilmiş və əlavələr edilmiş ikinci nəşridir. Monoqrafiyada 1918-ci ildə Şimali Azərbaycanın tarixi ərazilərində yaradılan yeni müstəqil milli dövlətin “Azərbaycan” adlandırılması və bu hadisənin bir sıra xarici qüvvələr və ölkələr, ilk növbədə İran dövləti və mətbuatı tərəfindən birmənalı qarşılanmaması kimi məsələlər tədqiq edilir.
