Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA XƏBƏRDARLIQ VƏ TOPLANIŞ MƏŞQİ KEÇİRİLİB

18 Fevral 2022

 

Fevralın 18-də AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib.

Tədbirin məqsədi fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə qüvvələrinin hazırlığının yoxlanılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə Mülki Müdafiə qüvvələrinin ştat strukturunun, təchizatının və funksional vəzifələrinin  dəqiqləşdirilməsi olub.

 

Şərqşünaslıq İnstitutunun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev tədbirin planını, keçirilmə məqsədini, Mülki Müdafiə qüvvələrinin vəzifələrini iştirakçılara çatdırıb.

Tədbirdə institutdakı hərbləşməmiş manqaların üzvlərinin vəzifə bilikləri yoxlanılıb,
Gülşən Həmidli ilkin tibbi yardım, Təranə Həşimova rabitə vasitələri, Dilbər Hüseynli fərdi mühafizə vasitələrinin paylanması barədə danışıblar.

 

 

 

 

Download Template Joomla 3.0 free theme.