Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Argentinadakı səfirliyimizin təşəbbüsü və La Plata Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Azərbaycanşünaslıq” kafedrasının təşkilati dəstəyi ilə ispan dilinə tərcümə edilmiş dahi Azərbaycan şairi və mütəfəkkiri İmaddədin Nəsiminin poeziyasına həsr olunmuş “Nəsimi poeziyası” kitabının onlayn formatda təqdimatı keçirilib.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova avqustun 8-9-da Polşanın paytaxtı Varşavada keçirilən IV Beynəlxalq Avropa Disiplinlərarası Araşıdrmalar Konfransında iştirak edib.
Konfransın işinə ZOOM proqramı vasitəsilə qatılan şərqşünas "Müasir Misir ədəbiyyatında kənd həyatı və dəyişməyən tarixi reallıqlar” mövzusunda məruzə ilə çıxış edib.
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova iyulun 16-18-də Avstraliyanın Sidney şəhərində keçirilən V Beynəlxalq Sakit Okean Müasir Elmlər Konfransında iştirak edib.
Konfransın işinə ZOOM proqramı vasitəsilə qatılan şərqşünas alim "Müharibə fəsadlarından bəhs edən yeni dövr Misir novelistikası” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə XIX əsrdə ərəb ədəbiyyatına daxil olan novellajanrının müasir Misir ədəbiyyatında keçdiyi inkişafı yolu haqqında qısa məlumat verilib. Daha sonra bu janr, xüsusən müharibə mövzusunda yazılmış novellalar daxil olmaqla, müasir misirli yazıçıların yaradıcılığında şərh edilib.
İyulun 16-da AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu və Mehmet Akif Ərsoy Vəqfinin birgə təşkilatçılığı ilə “21-ci əsrdə Yunus Əmrəni anlamaq” mövzusunda Beynəlxalq Yunus Əmrə Simpoziumu keçirilib. Onlayn şəkildə ZOOM vasitəsilə təşkil edilən Simpoziumun işində Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Bosniya və Herseqovina, Misirdən 60-dan çox alim iştirak edib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Beynəlxalq Simpoziumun əhəmiyyətini vurğulayaraq, XIII əsr Türk ədəbiyyatının görkəmli nümayəndəsi olan Yunus Əmrənin sadəcə Türk xalqları üçün deyil, dünya xalqları arasında da sevilən və şöhrət qazanan böyük şair olduğunu vurğulayıb. Akademik İ.Həbibbəyli Yunus Əmrə yaradıcılığına Azərbaycanda böyük maraq olduğunu, müstəqillik illərində böyük şairin əsərlərinin ölkəmizdə geniş şəkildə nəşr və tədqiq olunduğunu qeyd edərək, Türkiyədən sonra Yunus Əmrə yaradıcılığının ən çox Azərbaycanda araşdırıldığını bildirib. Akademik İ.Həbibbəyli Azərbaycanda Yunus Əmrənin lirikasına və dilinə həsr olunan dissertasiyalar, monoqrafiyalar yazıldığını diqqətə çatdırıb.
